“Azərbaycan hazırda zəfər dönəmini yaşayır”.
Bashlibel.az Musavat.com-a istinadən xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev “Rəqəmsal cinayət prosesi: Müasir çağırışlar və hədəflər” mövzusunda konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanın bütün torpaqları işğaldan azad edilib, azad edilən ərazilərdə quruculuq və yenidənqurma işləri qürurvericidir.
Kamran Əliyev qeyd edib ki, hüquq-mühafizə orqanlarında şəffaflığın, peşəkarlığın artırılması istiqamətində işlər aparılır:
“Rəqəmsallaşma əsas sahələrdən biridir. Bu, cinayət prosesi ilə bağlı xüsusi sahədir. Artıq qanunvericilikdə müəyyən dəyişikliklər edilməsi zərurəti yaranıb”.
Konfransda Prezident Administrasiyasının (PA) Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov da çıxış edib.
O deyib ki, hüquq-mühafizə orqanlarında çoxsaylı innovasiyalar uğurla tətbiq edilir:
“Ölkədə əhaliyə göstərilən xidmətlərin elektronlaşdırılması hüquq-mühafizə orqanlarını da əhatə edir. Hüquq-mühafizə orqanlarında elektron sistem yaradılıb, çoxsaylı innovasiyalar uğurla tətbiq edilməkdədir”.
Bashlibel.az