
“Mən burada gördüklərimdən çox təsirləndim. 2020-ci ildən ötən müddət ərzində Qarabağda baş verən dəyişikliklər çox təsiredicidir”.
Bashlibel.az APA-ya istinadən xəbər verir ki, bunu Syerra Leonedən olan səyyah Alusine Kamara deyib.
O bildirib ki, səyahət etdikləri ərazilərin dağıntılara məruz qalması məyusedicidir:
“Mən çox şadam ki, gəlib bu ərazilərdəki yenidənqurmanı görürəm. Bu, mənim Azərbaycana ilk səfərimdir. Azərbaycanı da, Bakını da çox sevirəm. Azərbaycan hökumətinin qısa müddətdə burada gördüyü işlər heyranedicidir. Bu, böyük bir komanda işidir. Afrikada bütün bu işlərə 10, bəzən də 20 il vaxt lazım olur. Gürcüstana da səfər etmişəm, lakin buradakı inkişaf möhtəşəmdir”.
Bashlibel.az