![]()
ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın Vaşinqton üçün əhəmiyyətindən danışıb.
Bashlibel.az xəbər verir ki, bu barədə o, “The Atlantic” jurnalına verdiyi müsahibədə bildirib.
“Bizə həqiqətən Qrenlandiya lazımdır, mütləq lazımdır”, – deyə Ağ Ev başçısı bəyan edib.
Tramp bildirib ki, Qrenlandiya Rusiya və Çin gəmiləri ilə əhatə olunub. Ada ABŞ-nin müdafiəsi üçün mühüm əhəmiyyət kəsb edir.
Bashlibel.az