![]()
Oktyabrın 5-də Gənclər və İdman Nazirliyi, Bakı şəhər Gənclər İdman İdarəsi, Azərbaycan Kiqboksinq Federasiyası və Həzrət İdman Klubunun təşkilatçılığı ilə şəhid Tariyel Salmanovun xatirəsinə həsr olunmuş kiqboks birinciliyi keçirilib. 32 kiloqram çəki dərəcəsində RM İdman Klubunun döyüşçüsü Rafiq Ağazadə birinci yerə sahiblənərək yarışın kubokunu qazanıb. 11 yaşlı Rafiq Ağazadə əslən Kəlbəcərin Başlıbel kəndindəndir. Rafiqin məşqçisi beş qat dünya çempionu Tural Cavadovdur.

Bashlibel.az
Bashlibel.az