![]()
Müəllif Səbuhi Kamranın “PSYCHOLOGICAL RISE (Psixoloji Yüksəliş)” adlı ikinci kitabı Amazon-un beynəlxalq nəşriyyat sistemi tərəfindən rəsmi şəkildə qəbul edilərək fiziki formatda çap olunmuş və qlobal satış şəbəkəsinə daxil edilmişdir. Nəşr müəllifin yaradıcılıq fəaliyyətində mühüm mərhələ olmaqla yanaşı, onun əsərlərinin beynəlxalq auditoriyaya çıxış imkanlarını genişləndirmişdir.
Kitab psixoloji dirçəliş, şəxsi inkişaf və fərdin daxili mübarizələrdən keçərək özünü yenidən formalaşdırması mövzularını əhatə edir. Əsər həyatın çətinlikləri ilə üzləşən, mənəvi boşluğu doldurmaq və psixoloji dayanıqlığını artırmaq istəyən oxucular üçün nəzərdə tutulmuşdur.
Kitabda yer alan əsas tezislər müəllifin yanaşmasını aydın şəkildə əks etdirir:
“Həyat sənə nə demək istəyir? Son vaxtlar ən çox nədən yorulduğuna diqqət et — cavab orada gizlənib.”
“Hər kəs güvənmək istəyir, amma kimə güvənməli olduğunu bilməyəndə həyatın yükü ikiqat ağırlaşır.”
“Psixoloji yüksəliş — insanın ağrısından qaçması deyil, o ağrının içində gizlənmiş gücü görüb özünü yenidən yaratmasıdır.”
Amazon-un «print-on-demand» sistemi vasitəsilə kitab aşağıdakı regionlarda oxucular üçün əlçatan olmuşdur:
ABŞ
Avropa ölkələri
Kanada
Avstraliya
və dünyanın digər onlarla ölkəsi
Müəllif hazırda növbəti kitabı – “Zirvədə Savaş” üzərində çalışmaqdadır. Əsərdə Qarabağ savaşı, Başlıbel qətliamı, müharibənin uşaqlara təsiri, psixoloji travmaların nəticələri, həmçinin Qarabağ Zəfəri və azad edilmiş torpaqlarımızda ucaldılan Azərbaycan bayrağının simvolik əhəmiyyəti əhatəli şəkildə işıqlandırılacaq.
Əsərin Amazon tərəfindən qəbul edilməsi halında, Azərbaycanın yaxın tarixinin mühüm səhifələrinin daha geniş beynəlxalq auditoriyaya çatdırılması imkanı yaranacaq.
Səbuhi Kamran yeni nəşrin beynəlxalq satışa çıxarılması ilə bağlı bildirib:

“Bu, mənim müəlliflik fəaliyyətimdə növbəti əhəmiyyətli addımdır. Dəstək göstərən bütün oxuculara, yaxınlara və əməkdaşlara təşəkkür edirəm.”
Bashlibel.az olaraq bizdə Səbuhi Kamranı təbrik edir, yeni-yeni uğurlar diləyirik!
Bashlibel.az