
Yanvarın 15-də Xocalı şəhərinə və Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınacaq.
Bashlibel.az APA-ya istinadən xəbər verir ki, bu barədə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, sabah Xocalı şəhəri və Ballıca kəndinə yola salınacaq ailələr əsasən Bakı, Sumqayıt, Gəncə şəhərləri, eləcə də respublikanın müxtəlif rayonlarında müvvəqəti məskunlaşıblar.
Qeyd edək ki, indiyədək Xocalı şəhərinə 44 ailə, Ballıca kəndinə isə 48 ailə köçürülüb.
Xatırladaq ki, Ballıca kəndinə sonuncu köç dekabrın 27-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində olub.
Həmin gün Ballıca kəndinə 21 ailə(119) nəfər köçürülüb.
Bashlibel.az