
Şair Ələkbər Sönməzin “Qaytara bilsəydim keçən günləri” adlı yeni şeirlər kitabı çap edilib. Yeni kitabının işıq üzü görməsi münasibəti ilə şairi təbrik edir, yaradıcılıq uğurları arzulayırıq. Onu da qeyd edək ki, bu kitab şairimizin oxuculara təqdim etdiyi yeddinci kitabıdı. Yeni kitabda şairin heç bir şeri təkrar çap olunmayıb.
Kitabın ön sözünü yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Ilham Məmmədli yazıb. Fotolar isə Zaur Akif Oğlu və Cabir Qədimov tərəfindən çəkilmişdir.
Ps. Onu da nəzərinizə çatdırırıq ki, Sönməz Ələkbər 1993-cü ildə Kəlbəcərin işğalı dövründə 113 gün erməni mühasirəsində qalan, düz 3 ay ərzində erməni vəhşiliklərinə şahidlik edən Başlıbel kənd sakinlərindən biridir…
Unudulmaz xatirələr yaşadır,
Ömrümüzdən bir-bir keçən günləri.
Axtarıram, saxlamışam təqvimdə,
Əlimizdən çıxıb qaçan günləri.
Tənha yaşamaqdan gəlməzdi xoşum,
Qonaqlı, qaralı olurdu başım.
Varıdı atam, anam, bacım, qardaşım,
Arzumuzun çiçək açan günləri.
Sevincimdən pay verərdim hərəyə,
Ulu Tanrım bəlkə kömək eləyə.
Sönməz deyir, öz yolundan geriyə,
Qaytara bilsəydim keçən günləri.
Bashlibel.az