![]()
Şimali Koreya (KXDR) Yapon dənizi istiqamətində növbəti naməlum mərmini buraxıb.
Bashlibel.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinə istinadən “Yonhap” agentliyi məlumat yayıb.
Baş verən insidentin təfərrüatları, o cümlədən buraxılan mərminin növü, mənzili və bu əməliyyatın dəqiq məqsədi barədə hələ ki rəsmi məlumat verilmir.
Yalnız o məlumdur ki, Cənubi Koreya hərbçiləri mərminin buraxılması faktını dəqiq qeydə alıblar və hazırda müttəfiqlərlə birlikdə kəşfiyyat məlumatlarının təhlilini davam etdirirlər.
Bashlibel.az