• Ca. İyn 13th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Şuşalılara müjdə – İlk köç bu tarixdə olacaq

Mar 28, 2024

Loading

İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə sürətlə yenidənqurma, abadlıq işləri görülür. İşğaldan azad olunmuş bir sıra ərazilərə köç başlasa da, Şuşaya köç gerçəkləşməyib. Şuşalılar isə bu tarixi köçü səbirsizlikdə gözləyirlər. Bəs görəsən, Şuşaya köç nə zamana nəzərdə tutulub?
Mövzu ilə bağlı millət vəkili Elman Məmmədov danışıb. Bildirdi ki, 2024-cü ildə Şuşaya ilk köç baş tutacaq:
“Bu barədə cənab prezidentimiz, Ali Baş Komandanımız Yeni il qabağı xalqa müraciətində də məlumat verdi. Şuşa səfərində də bu barədə danışdı. Bu il Şuşaya ilk köç baş tutacaq. Yəqin ki, bu, ilin ikinci yarısından sonraya təsadüf edəcək. Hazırda tamamlama işləri gedir. Şuşaya ilk köç bu ilin sonlarına yaxın yəqin ki, olar”.
Bashlibel.az
Translate »