![]()
Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar silsilə tədbirlər keçirilir.
Bu çərçivədə bu gün aprelin 14-də Baş Prokurorluq və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Qarabağ Universitetinin tərəfdaşlığı ilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda konfrans təşkil olunub.
Konfransda Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov, Baş prokuror Kamran Əliyev, elm və təhsil naziri Emin Əmrullayev və digər dövlət rəsmiləri iştirak edir.


Bashlibel.az
Bashlibel.az