2023-cü il 19 sentyabr tarixində həyata keçirilmiş lokal antiterror əməliyyatından sonra azad edilmiş ərazilərdə inventarlaşdırma işləri aparılıb, bu ərazilərdə ümumilikdə 7.7 min yaşayış və 687 qeyri-yaşayış fonduna aid tikililər aşkar edilərək inventarlaşdırılıb.
Bashlibel.az “APA-Economics”-ə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Qeyd edilib ki, Xankəndi şəhəri üzrə daşınmaz əmlakların inventarlaşdırılması başa çatdırılıb. Daşınmaz əmlaklara dair tərtib edilmiş sxemlər və fotoşəkillər ORGIS-a daxil edilib.
Bashlibel.az