• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Yeni hərbi heyət: Düşmənə gözdağı – Türkiyəli generaldan AÇIQLAMA

Avq 7, 2023

Loading

Yeni türk generallar Azərbaycana yaxşı bələddir

Ərdoğanın vəzifə başına gətirdiyi hərbi heyət əlaqələri daha da inkişaf etdirəcək

Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Türkiyə Ali Hərbi Şurasının iclasında ölkənin hərbi rəhbərliyindəki yeni təyinatlar açıqlanıb. Dövlət başçısı şuranın müvafiq qərarlarını imzalayıb. Qərara əsasən, 2-ci Ordunun komandanı, ordu generalı Metin Gürakın Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilməsi ilə yanaşı, Quru Qoşunlarının komandanı postu general Səlcuq Bayraktaroğluna, Hərbi Hava Qüvvələrinə rəhbərlik isə general Ziya Cemal Kadıoğluna tapşırılıb. Bundan əlavə, Ali Hərbi Şuranın qərarı ilə 32 general və admiralın rütbəsi artırılıb, 63 polkovnik general və admiral rütbələri alıb. Ali Hərbi Şuradan verilən açıqlamaya görə, Türkiyə Silahlı Qüvvələrində general və admiralların sayı 266 nəfərdən 286 nəfərə yüksəlib. Qeyd edək ki, Türkiyə Ali Hərbi Şurasının toplantısı Ankaradakı Prezident iqamətgahında mətbuata qapalı keçirilib və 3 saata yaxın davam edib.

Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz “Sherg.az”a açıqlamasında deyib ki, türk silahlı qüvvələri təxminən 2 min illik keçmişə və tarixi ənənələrə sahib bir ordudur. Generalın sözlərinə görə, türk ordusunda şəxslərdən daha çox sistem önəmlidir:

Без названия (1).png (171 KB)

“Məhz həmin sistem çərçivəsində Silahlı Qüvvələrdə vəzifə təyinatları hərbçilərin döyüş təcrübəsinə, rütbəsinə uyğun olaraq növbə dəyişikliyi şəklində həyata keçməkdədir. Ali Hərbi Şuranın iclasında Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına vəkalət edən orgeneral Musa Avsever ve Hava Qüvvələri komandanı təqaüdə göndərildi. Önümüzdəki 3-4 il ərzində Türkiyə Silahlı Qüvvələrini idarə edəcək olan şəxs ikinci Ordu komandanı, daha əvvəl Liviyada, ölkənin cənub-şərqində vəzifələr icra edən orgeneral Metin Gürak oldu. Metin Gürak Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi vəzifəsini icra edəcək. Quru Qoşunları komandanlığına isə təcrübəli orgeneral Selcuq Bayraktaroğlu təyinat aldı. Hərbi Hava Qüvvələrinə rəhbərlik isə general Ziya Cemal Kadıoğluna tapşırıldı. Bu dəyişikliklər yeni müdafiə naziri Yaşar Güler rəhbərliyindəki təhlükəsizlik bürokratiyasının təcrübəli, peşəkar, dünyada və bölgədə baş verən prosesləri bilən bir hərbi heyətdir. Eyni zamanda bu, Türkiyə-Azərbaycan əlaqələrinə yaxşı bələd olan, hərbi təlimləri yaxından izləyən bir komanda heyətidir. Şübhə yox ki, yeni komanda heyəti iki qardaş ölkənin hərbi əməkdaşlığına, münasibətlərinə və müttəfiqliyinə daha böyük töhfə verəcək. Əldə olunan səviyyəni daha irəli daşımaq üçün əllərindən gələni əsirgəməyəcəklər. Ali Hərbi Şuranın qərarına görə, Türkiyə Silahlı Qüvvələrində ilk dəfə bir qadın hərbçimiz admiral rütbəsinə yüksəldi. Hərbi Dəniz Qüvvələri komandanlığında qərargah polkovniki Gökçen Fırat admiral oldu. Keçən il Daxili Qoşunlar Komandanlığından da bir qadın polkovnikə general rütbəsi verilmişdi. Əlbəttə, bu təyinatlar qadınlarımızın ictimai həyatda daha yüksək rol oynaması baxımından çox önəmlidir”.

Bashlibel.az

Translate »