Sosial Tədqiqatlar Mərkəzində “Moderator.az” İnformasiya Agentliyinin yaradıcısı Zülfüqar Hüseynzadənin xatirəsinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə millət vəkilləri, tanınmış ziyalılar, jurnalistlər, Zülfüqar Hüseynzadənin doğmaları iştirak ediblər.
Sosial Tədqiqatlar Mərkəzində “Mopderator.az” İnformasiya Agentliyinin yaradıcısı Zülfüqar Hüseynzadənin xatirəsinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə millət vəkilləri, tanınmış ziyalılar, jurnalistlər, Zülfüqar Hüseynzadənin doğmaları iştirak ediblər.Moderator.az
Tədbir iştirakçıları əvvəlcə Başlıbel şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra mərhum jurnalistin həyat və yaradıcılığına həsr olunmuş “Başlıbeldə başlayıb Başlıbeldə bitən ömür” adlı film nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər Zülfüqar Hüseynzadənin həyat yolundan, yaradıcılığından, Vətənimiz və dövlətimiz qarşısındakı xidmətlərindən danışıblar.
Milli Məclisin deputatı Qüdrət Həsənquliyev tanınmış jurnalistin adına mükafat təsis olunmasını təklif edib: “Bu, Zülfüqar Hüseynzadənin adını əbədiləşdirməklə yanaşı, həm də gənc nəslə nümunə olar. Fikrimcə, bu təşəbbüs gənc jurnalistləri daha da stimullaşdırar, onların Zülfüqar bəy kimi vətənpərvər jurnalist olmalarına töhfə verər”.
Deputatın təklifini həmkarları Etibar Əliyev, Cavanşir Feyziyev, Azay Quliyev, Rəşad Mahmudov, Azərbaycan Mətbuat Şurasının üzvü, “İki sahil”qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, professor Qulu Məhərrəmli, yazıçı Seyran Səxavət də dəstəkləyiblər.
Sonda Zülfüqar Hüseynzadənin oğlu Hüseyn Hüseynzadə çıxış edərək tədbirin təşkilatçılarına və tədbirdə iştirak edənlərə minnətdarlığını bildirib.(TNS)
Bashlibel.az