Abşeron rayon Heydər Əliyev Mərkəzində “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda ziyalılarla görüş keçirilib. Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Milli Məclisin deputatı Aqil Məmmədov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov, Kəlbəcər rayon Ağsaqqallar şurasının sədri Vəliyəddin İsmayılov, əməkdar müəllim Hüseyn Şahbəndəyev, Azərbaycan “SAVAT” Federasiyasının prezidenti, əməkdar məşqiçi Rafiq Əliyev, şair Yusif Hüseyn, gənc fəal Anar Sarıyev, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Abşeron rayon Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan Ümumilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, ruhuna ehtiramlarını bildiriblər. Daha sonra mərkəzdəki eksponatlara baxış keçirən iştirakçılar Ulu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Ulu Öndərin tarixi xilaskarlıq missiyasından, xalqımız və vətənimiz qarşısındakı misilsiz xidmətlərindən söz açıb. Bildirilib ki, məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda bütün sahələrdə inkişafa nail olunmuş, ölkədə ictimai sabitlik bərpa edilmiş, güclü iqtisadi dayaqlar yaranmış, ölkənin hərtətəfli inkişafına nail olunmuşdur. Rayon rəhbəri xalqın xilaskar oğlunun Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, inkişafındakı misilsiz əmək sərf etməsindən, xalqın rifahının yüksəldilməsində əvəzsiz xidmətlərindən, dünya siyasətinə və onun siyasi idealogiyasının bu gündə ölkəmizin inkişafına verdiyi töhfələrdən danışıb.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Aqil Məmmədov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov, Kəlbəcər rayon Ağsaqqallar şurasının sədri Vəliyəddin İsmayılov, əməkdar müəllim Hüseyn Şahbəndəyev, Azərbaycan “SAVAT” Federasiyasının prezidenti, əməkdar məşqiçi Rafiq Əliyev, şair Yusif Hüseyn və gənc fəal Anar Sarıyev Ulu Öndərin Azərbaycana birinci və ikinci hakimiyyəti zamanı əldə olunan tarixi naliyyətlərdən, müasir, müstəqil Azərbaycanı ən ağır sınaqlardan üzüağ çıxararaq qüdrətli Azərbaycana çevirməsindən söz açıblar.Natiqlər qeyd ediblər ki, müasir, müstəqil Azərbaycan Respublikasının qazandığı hər bir uğurun təməlində Ulu Öndərin duhası, onun siyasəti dayanır.
Heç kimə sir deyil ki, bu gün Ulu Öndərin siyasi kursu mahiyyət və keyfiyyətcə müasir dövrün tələblərinə uyğun şəkildə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan tərəfindən uğurla aparılır. Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan tarixi Zəfər çalmış, xalqımız qalib xalqlar sırasında özünə yer tutumuşdur, eyni zamanda beynəlxalq aləmin diqqət mərkəzində olaraq, regionun lider dövlətinə çevirilmişdir. Çıxışlarda vurğulanıb ki, nə qədər Azərbaycan var Ümumilli Lider Heydər Əliyev var və onun əbədiyaşar idealları Azərbaycanımızı daha da gücləndirəcək, xoşbəxt gələcəyə aparacaqdır.
Tədbirin sonunda əməkdar müəllim, qabaqcıl təhsil işçisi Hüseyn Şahbəndəyev YAP Kəlbəcər rayon təşkilatı tərəfindən “Fəxri Fərman”la təltif edilib.
Bashlibel.az
Təbrik edirəm. Allahdan Hüseyn müəllimə can sağlığı arzu edirəm. Allah ona öz dəyərli təcrübəsini Başlıbeldə tikiləcək yeni məktəbdə gənc müəllimlərimizə öyrətməyi qismət eləsin.
Təbrik edirəm ! Hüseyn Şahbəndəyev doğma Başlıbelimizi həmişə ləyaqətlə təmsil edən ziyalılarımızdandır. Allahdan ona can sağlığı və döğulduğu Başlıbel kəndində doyunca yaşamağı arzu edirəm !
Təbrik edirəm Hüseyn müəllimi.
Hüseyn müəllim doğma Başlıbelimizin sayılıb-seçilən ziyalılarındandır. Hüseyn müəllimi təbrik edirəm ! Allahdan ona can sağlığı və doğulduğu Başlıbelimizdə doyunca yaşamasını arzulayıram !