Yanvarın 21-də “XTQ kikboksinq klubu”nun təşkilatçılığı ilə Xüsusi Təyinatlı İdman Mərkəzinin “Zəfər yoldaşlığı” yarışı keçirilib. Bashlibel.az xəbər verir ki, Bakı şəhərində keçirilən yarışda “RM İdman Klubu”nun 10 yaşlı kikboksçusu Ağazadə Rafiq Etibar oğlu da iştirak edib. Rafiq Ağazadə yarışda birinci yeri qazanaraq kubokun sahibi olub. İdmançının məşqçisi dünya və Avropa çempionu Tural Cavadovdur. Qeyd edək ki, Rafiq Ağazadə Kəlbəcər rayonunun Başlıbel kəndindəndir. Rafiq Ağazadə qələbəsini 20 yanvar şəhidlərinə həsr etdiyini bildirib.
Bashlibel.az
Uğurları bol olsun!
Çox şad oldum. Balaca Rafiqə böyük-böyük uğurlar arzulayıram. Baba Rafiq başda olmaqla, bütün ailə üzvlərini təbrik edirəm.