Aktau limanı yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində məktəbli də həlak olub.
Bashlibel.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd olunub ki, Xətai rayonunda yerləşən 27 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi olan Eqanov Məhəmməd Ali-Fardi oğlu da təyyarə qəzasında həlak olub. Məlumata görə, yeniyetmə təyyarədə tək olub və Yeni ili qeyd etmək üçün Çeçenistana anasının yanına gedirmiş. Əldə etdiyimiz məlumata görə, şagird əslən çeçendir.
Bashlibel.az