![]()
“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin İdarə Heyəti və Birlik üzvləri Başlıbel kənd sakini, şəhid Rizvan Balacayevin atası Balacayev Misir Mənsim oğlunun vəfatından kədərləndiyini bildirir və mərhumun ailə üzvlərinə, doğmalarına dərin hüznlə başsağlığı verir.
Məlumat üçün bildirək ki, Misir Balacayev 1 iyul 1937-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olmuş, 18 avqust 2026-cı ildə Bərdə rayonunda vəfat etmişdir.
Mərhumun yas mərasimi (3-ü və 7-si bir yerdə) aşağıdakı tarixdə və məkanda keçiriləcəkdir:
- Məkan: Bərdə rayonu, 866 yerlik məcburi köçkün qəsəbəsi (5 mərtəbəli binalar).
- Tarix: 20 avqust 2026-cı il.
Allah rəhmət eləsin, məkanı cənnət olsun!
Bashlibel.az