2024-cü il noyabrın 27-də Bakı Konqres Mərkəzində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə elan etdiyi qrant müsabiqələrinə dair infosessiya davam etdirilib.
Bashlibel.az xəbər verir ki, görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli və digər məsul şəxslər iştirak edib.
Görüşdə suallar cavablandırılıb, təkliflər dinlənilib, müvafiq qeydlər götürülüb, gözləntilər ətraflı izah olunub.
İnfosessiyada Başlıbelin İnkişafına Dəstək İctimai Birliyi də sədr Vüqar Həşimovun iştirakı ilə təmsil olunub.
İnfosessiya sabah başa çatdırılacaq.
Bashlibel.az