• C. İyl 19th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

30 İLDƏN SONRA DƏLİDAĞIN ZİRVƏSİNDƏ

İyl 30, 2023

Loading

Uzun illərdən bəri düşmən əsarətində olan torpaqlarımız düşmən tapdağı altında qalıb inlədikcə hər bir Azərbaycan vətəndaşı kimi mənim də qəlbim sızıldayırdı. Sosial şəbəkələrdə erməni dığalarının doğma Kəlbəcərimizin füsunkar təbiəti qoynunda gəzintilər təşkil etməsi, erməni səyyahların Dəlidağın ən hündür zirvəsində lovğalana-lovğalana şəkillər çəkdirməsi məni olduqca məyus edirdi. Şanlı Azərbaycan Ordusunun 44 günlük Zəfər Savaşından sonra torpaqlarımızın azad olunması yerli əhalinin öz dədə-baba yurdlarına dönüşünə.orada öz təsərrüfatlarını inkişaf etdirməsinə səbəb oldu. Mövsümi təsərrüfat işləri ilə əlaqədar doğma Kəlbəcər rayonunda olan Başlıbel kənd sakinləri Yusif və Natiq Salahov qardaşları otuz illik ayrılıqdan sonra bu günlərdə Dəlidağın ən hündür zirvəsi olan Mıxtökən silsiləsindəki dəniz səviyyəsindən 3616 metr yüksəkliyinə çıxaraq oranı ziyarət etmişlər. Məlumat üçün bildirmək istəyirəm ki, Dəlidağ haqqında Vikipediyada aşağıdalı məlumat verilmişdir :
Dəlidağ – Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Mıxtökən silsiləsinin zirvəsidir. Hündürlüyü 3616.9 m (3618 m). Zirvənin Şimal yamaclarında qədim buzlaşmanın izləri vardır. Qarabağ vulkanik yaylasına daxil olan ən hündür zirvə. Qarabağ ərazisindəki Dəlidağ Kiçik Qafqazın maqmatik mənşəli dağdır.
Ermənistan sərhəddindən ucalır. Lava örtüyündən şərqə Mezozoyun turş intruziv süxurlarından ibarət Dəlidağ yerləşir. Mıxtökən silsiləsinin ən yüksək zirvəsi olan bu dağda alp və subalp çəmənlikləri vardır. Yamaclarında qədim buzlaq izləri qalmışdır. Dəlidağ Kəlbəcər və Laçın rayonları sərhədindədir.
Bu məlumatdan da görünür ki, Dəlidağ Azərbaycanın coğrafiyasında unikal yüksəkliklərdən biridir. İşğalda olduğu dövrdə erməni səyyahlar Dəlidağın ən hündür zirvəsinə – 3616 metrlik zirvəyə çıxaraq oradakı daş qalağında Ermənistan geoloqlarına məxsus erməni dilində yazılmış məlumatları özündə əks etdirən açıqlamalar gizlətmişlər. Yusif və Natiq Salahov qardaşları həmin açıqlamaları qalaqda aşkar edərək götürmüş və onun yerinə özlərinin doğma Azərbaycan dilində yazdıqları qeydləri yerləşdirmişdilər. Ermənistan geoloqlarına məxsus erməni dilində yazılmış məlumatları isə Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin dediyi kimi, “ tarixin zibilliyinə göndərmişlər “.

                                                                             Oqtay  SALAHLI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »