Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması uğurlu islahatlar aparılıb.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2024-cü il üçün təsdiq etdiyi plana əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin kadr işləri üzrə heyəti ilə təlim-metodiki toplanıında məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Türkiyə modelinə uyğunlaşdırılması məqsədilə Azərbaycan Ordusunda uğurlu islahatlar aparılıb. Bu istiqamətdə icra edilən tədbirlərin cari ildə də davam etidiriləcəyi və Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanıldığı vurğulanıb.
Bashlibel.az