• Bz. May 26th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Prezident Kəlbəcər İH başçısını “Heydər Əliyev” yubiley medalı ilə təltif edib

Mar 13, 2024

Loading

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev “Heydər Əliyevin 100 illiyi(1923-2023)” yubiley medalı ilə təltif edilib.

Bashlibel.az Turkustan.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 2 fevral tarixli, 4289 nömrəli Sərəncamı ilə Qocayev Azər Bəhlul oğlu “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev ali təltifə görə özü və ailəsi adından Möhtərəm Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. Bildirib ki, bundan sonra da, Ulu Öndər Heydər Əliyev ideallarına sadiq qalaraq, dövlətimizin və xalqımızın gələcəyi naminə Müzəffər Ali Baş Komandanın müsəlləh əsgəri kimi ən yüksək səviyyədə xidmət edəcək, ona göstərilən etimadı doğrultmağa çalışacaqdır.

Bir mətn şəkili ola bilər

Bir mətn şəkili ola bilər

Translate »