![]()
Bu gün Ağdaban soyqırımından 33 il ötür. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib. Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib, 32 nəfər qətlə yetirilib, 8 nəfər 90 -100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb.
Ermənilərin Azərbaycanın mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamının daha bir təzahürü kimi şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib.
Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən ulu öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib. Şükürlər olsun bu günə ki, Müzəffər Ali Baş Komandanımız cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etdi. Ağdaban façiəsini törədənlər layiqli çəzalarını aldılar. Bu gün Ağdaban şəhidlərinin və Dədə Şəmşirin ruhu şaddır. Dədə Şəmşirin məzarı azaddır. Allahdan Şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirik.
Bashlibel.az
Bashlibel.az