• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Ağdam-Xankəndi yolunda çadırlar quruldu – FOTOLAR, VİDEO

Avq 29, 2023

Loading

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolunun üzərindəki postu ilə üzbəüz istiqamətdə çadırlar quraşdırırlar.

Bashlibel.az “Report”a istinadən xəbər verir ki, həmin çadırlarda AzQAC əməkdaşları, könüllülər gecələyəcək və istirahət edəcəklər.

Qurumun əməkdaşları qeyd ediblər ki, onların əsas məqsədi Qarabağda yaşayan erməniəsilli vətəndaşlara humanitar yardım göstərməkdir və bunun üçün içərisində 40 ton un məmulatı olan iki TIR Ağdam-Xankəndi yolunun üzərində dayanıb.

Humanitar yardımın Xankəndiyə çadırılması ilə bağlı qurumun əməkdaşları Azərbaycan ərazisində müvəqqəti məskunlaşan Rusiya sülhmərmalıları ilə danışıqlar aparıblar və onlardan müvafiq cavab gözləyirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »