“Bir çox qurumlar Kəlbəcərdə fəaliyyətlərini bərpa edib. Əhalinin mal-qarasının və arı ailələrinin bölgəyə köçürülməsinə imkan yaradılıb”
Bashlibel.az Dalidag.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında Kəlbəcərdən olan millət vəkili Aqil Məmmədov bildirib.
Deputat Kəlbəcərə gedən vətəndaşlarımız üçün tibb məntəqəsinin yaradılmasını zəruri hesab edir: “Onların səhhəti ilə bağlı problemlər olduqda, lazımi tədbirlərin görülməsi üçün tibb məntəqələrinin yaradılmasına ehtiyac var”, deyə qeyd edib.
Eləcə də deputat bir sıra həssas qruplara daxil olan ailələr üçün heç olmasa həftədə bir dəfə, təhlükəsizliyə riayət etmək şərtilə gediş-gəliş təşkil olunmasını təklif edib.
Bashlibel.az