Yay fəslinin gəlişi ilə Azərbaycan arıçılarının bir qismi Kəlbəcər yaylaqlarına köçməkdədir.
Bashlibel.az Musavat.com-a istinadən xəbər verir ki, onlardan biri də Qarabağ müharibəsi şəhidi Yalçın Mustafayevin qardaşı, arıçı Mobil Mustafayevdir.
M.Mustafayev bundan əvvəl də 2 il ərzində öz arıları ilə Kəlbəcərdə, doğulub boya-başa çatdığı, sonradan 30 il həsrət qaldığı Ağcakənddə məskən salıb.
Musavat.com Qarabağ müharibəsi şəhidi Yalçın Mustafayevin Kəlbəcərdə dünyaya gəldiyi evin qalıqlarının görüntülərini təqdim edir:
Bashlibel.az