• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Azərbaycan polisi Xankəndidə ermənilər üçün bunu etdi – İnsanlıq DƏRSİ

Okt 11, 2023

Loading

Azərbaycan polisi Qarabağda ermənilərin tərk etdiyi evləri qoruyur.

Bu haqda “İravunk” nəşri Qarabağda qalan erməni sakinlərə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, ermənilər Ermənistana qayıtdıqdan sonra onların yaşadığı evlər Azərbaycan polisi tərəfindən mühafizə altına alınıb.

“Evlərdə əşyalara qədər heç nəyə toxunulmayıb. Azərbaycan polisi evlərin qapılarını bağlayıb və mühafizə altına alıb. Qarabağda qalan erməni sakinlər bildirirlər ki, Ermənistana gedən ermənilər geri qayıtmaq istəyərsə, çıxdıqları evlərində yaşaya bilmələri üçün hər cür şərait var”, – nəşr yazır.

Ermənilər tərəfindən etiraf edilən bu fakt Ermənistanın Azərbaycana qarşı “etnik təmizləmə”, “deportasiya” kimi iddialarını alt-üst edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »