Azərbaycanın bütün mənalarda müstəqilliyinin möhkəmləndirilməsi, hərtərəfli inkişafı, deyəsən, dünyanın bəzi dövlətlərini ciddi narahat etməkdədir. Biz son 30 ildə həmişə beynəlxalq hüququn müdafiəçisi kimi tanımağa çalışdığımız və bunu da gözlədiyimiz, keçmiş Dağlıq Qarabağ probleminin haqq-ədalət müstəvisində həllində mühüm vasitəçi olacağını düşündüyümüz qurumlar da var idi ki, heç biri sınaqdan çıxmadı. Nə Avropa Birliyi, nə Avropa Şurası, nə ATƏT-in Minsk Qrupu onlara bəslədiyimiz ümidləri doğrultmadılar. Üstəlik, biz onların və adlarını çəkmədiyim bir neçə nüfuzlu, dünyaya ağalıq iddiasında olan dövlətlərin ikili standartlı (oxu: ikiüzlü siyasətini) yanaşmalarından bezdik. Hətta BMT Təhlükəsizlik Şurası Kəlbəcərin işğalından dərhal sonra, 1993-cü ildən başlayaraq, Ermənistanın təcavüzkarlığını tənqid edən, işğalçı dövlətin öz silahlı qüvvələrini işğal etdiyi Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz çıxarmsı üçün 4 qətnamə də qəbul etdi. Təəssüf ki, Fransa, Almaniya, Hindistan, Rusiya… kimi havadarlarının dəstəyi ilə heç bir beynəlxalq təşkilatın qəbul etdiyi sənədi tanımayan Ermənistana bunun üçün “gözün üstə qaşın var” deyən olmadı. Əksinə, hətta ATƏT-in Minsk Qrupunun üzvləri də Azərbaycanla Ermənistanı eyni şəkildə sülhə çağırıb, yalnız kağız üzərində bəynat imzalamaqla öz işlərini bitmiş hesab etdilər.
Azərbaycan, cənab Prezidentimiz İlhm Əliyevin də dəfələrlə beynəlxalq tribunalardan səsləndirdiyi kimi, münaqişəni alternativ yolla, yəni 44 günlükVətən savaşları il həll edəndən sonra, necə deyərlər, sonradan “xoruzun quyruğu” görünməyə başladı: Fransa pərdə arxasından çıxaraq, birbaşa Azərbaycana nəinki diplomtik, hətta hərbi hücum mövqeyi seçdi.
Bütün bunlardan sonra isə AŞPA kimi ikiüzlü siyasət yürüdən beynəlxalq təşkiltlar da dolyısı ilə Azərbaycanın haqq-ədalət işinə “barmaq uzatmaqdan” çəkinmədilər. Belə qərəzli mövqe, haqlı olaraq nəinki bizim siyasətçilərimizi, diplomatlarımızı, ictimai və dövlət xadimlərimizi, ziyalılarımızı, elm, sənət adamlarını, hətta, artıq Azərbaycan vətəndaşlarının da ciddi narazılığına səbəb olmuşdur. Mən də AŞPA-nın son qəbul etdiyi qərara öz vətəndaşlıq mövqeyimi bildirməkdən vaz keçə bilmədim.
Azərbaycan xalqına Xankəndi, Şuşa-Qarabağ lazımdır, AŞPA yox. 30 il mənim haqqımı və hüququmu tanımıyan bir qurumun üzvü olub-olmamaq bir vətəndaş olaraq mənim, ölkəm üçün heç bir anlam kəsb etmir. Milyonlarla qaçqın və məcburi köçkünün haqqını, hüququnu tanımayan bir qurum necə ola bilir ki, beş-on min erməninin təcavüzkar, işğalçılıq siyasətini dəstəkləyir və sahib çıxır?!
Bəs, haqq-ədalət hara getdi?! Bəs necə oldu çadır evdə doğulan körpələr, yurd həsrəti ilə çadırlarda dünyasını dəyişən qocalar?! Nədən otuz ildə bir milyon qaçqın və məcburi köçkünün səsini, harayını eşitmədiniz?! Xalqımızın, onun didərgin soydaşlarının düşdüyü ağır durumu görmədiniz?! Yalnız quru kağız üzərində yazılan qətnamələr, yalançı və ikiüzlü bəyanatlarla kifayətləndiniz. Avropa parlamentarilərə səslənirəm: indi nə olub?! Sizi bu qədər yandıran və ağrıdan səbəbləri açıqlayın! Həqiqətənmi insan haqları və hüquqları üçün narahatsız?! Əgər elədirsə, sual edirəm: mən vətəndaşın otuz illik tapdalanan haqqının, hüququnun pozulmasına, öz doğma evimdən didərgin salınaraq çadırlarda qaçqın, köçkün həyatı yaşamasına necə göz yumdunuz?!
Doğulduğum Kəlbəcər rayonu ermənilər tərəfindən 31 il bundan öncə işğala məruz qaldı, talan edildi, yandırılaraq külü göyə sovruldu. Mənim ata-baba yurdumu nə haqla ermənilər bu hala saldı?!
2021-ci ildə işğaldan azad edilən yurd yerlərimizi ziyarət etdiyim zaman xaraba qalan, daşı daş üstə olmayan evimizdən bir nişanə belə olsun tapa bilmədim ki, mən ömrünün son vaxtlarını yaşama məhkum anama öz evinin əşyasından xatirə olaraq gətirim.
İnsan haqlarından və hüquqlarından danışan avroparlamentarilər, ədalətiniz budurmu?! Əgər ədalətdirsə, nədən erməni əsirliyində işgəncələr altında qətlə yetirilən qocalar, qadın və uşaqlara edilən vəhşiliklər haqqında Ermənistana xəbərdarlıqlar etmədiniz?! Niyə təcavüzkar Ermənistanı AŞPA-dan uzaqlaşdırmadınız?! Faşist Almaniyasında Hitlerin etdiyi vəhşilikdən daha pisini törədən Ermənistan rəhbərlərinin qaniçən quldurlarına qucaq açdınız, dəstək verdiniz!
Demək, siz ədalətə yox, öz maraqlarınıza xitmət etmisiniz! Bu gün də həmin ikiüzlülüyü edirsiniz. Bu gün sizi narahat edən məsələ nə insan haqları, nə də ki, hüquqlarıdır. Sizi narahat edən və fövqalədə özündən çıxaran bir məsələ var: Qarabağın azadlığı! Unutmayın və qulağınıza sırqa edin: Azərbaycan hansısa dövlətin ərazisini işğal etməyib, nə də etnik təmizləmə aparmayıb. Əgər etmiş olsaydı, bu gün ölkəmdə minlərlə erməni əsilli Azərbaycan vətəndaşı yaşamazdı. Biz öz əzəli və əbədi torpaqlarımızı erməni işğalından azad etmişik: tarixi Azərbaycan torpaqlarını və Qarabağı! Eşidin və bilin – qulağınızda sırqa edin: “Qarabağ Azərbaycandır”!
Erməni havadarlarını narahat edən məsələ səs və söz azadlığı deyil, Qarabağımızın azadlığıdır. Bunu Avropa parlmentariləri unutmasın! Sizin irqi, dini və əqli ayrı-seçkiliyinizi görür və dərk edirik. Sizə Azərbaycan və erməni xalqlarının sülh və əmin-amanlıq içərisində yaşaması maraqlı deyil. Heç zaman da maraqlı olmayıb və olmayacaq! Sizi düşündürən bir məsələ olub: Qarabağı necə Azərbaycandan qoparıb erməni torpağı edəsiniz. Və sonra da Azərbaycanın yeraltı, yerüstü sərvətlərini talamaqda davam edəsiniz.
Bu gün Azərbaycanda xalq və hakimiyət birliyi öz sözünü deyir, gələcəkdə də bu, belə olacaqdır. Bir yumruq ətrafında birləşən xalq, “Dəmir yumruq”la düşmənlərimizin başını əzəcək! Necə ki, 44 günlük Vətən savaşında bunu etdik.
Yaşasın Azərbaycan xalqı!
Yaşasın milli birliyimiz!
Yaşasın Müzəffər Ali Baş Komandan İlham Əliyev! Bu birlik sayəsində bizi daha böyük zəfərlər və müjdələr gözləyir. Xalq olaraq 7 fevral – Prezident seçkilərində səsimizlə və imzamızla öz gücümüzü Azərbaycanı sevməyənlərə – düşmənlərimizə bir daha göstərəcəyik.
Qalib xalqın Qalib Prezidentini seçəcəyik!
O şəxs Prezident seçiləcək ki, 44 günlük Vətən savaşında və ondan əvvəl və sonra böyük siyasət meydanlarında düşmənlərimizlə amansız mübarizə aparıb və qalib gəlib!
Bu seçkilərdə də, əvvəlkilərdə olduğu kimi, biz xalq olaraq Qalib Liderimizi – İlham Heydər oğlu Əliyevi dəstəkləyəcəyik və qalib edəcəyik!
Gücümüz birliyimizdir. Kimsə bu birliyi poza bilməz!
Rövşən HÜSEYNLİ,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Kəlbəcər rayonundan keçmiş məcburi köçkün