• Ça. May 28th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Azərbaycan xalqının şanlı Qələbəsini təcəssüm etdirən tarixi sənəd

Noy 10, 2023

Loading

10 noyabr 2020 – cil tarixli üçtərəfli Bəyanatın imzalanmasından 3 il ötür. Bu tarixi əhəmiyyətli sənəd Azərbaycanın tarixi Qələbəsini, Ermənistanın isə məğlubiyyətini rəsmən təsdiqlədi. Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoyulduğunu bütün dünyaya bəyan etdi. Eyni zamanda, rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. Otuz il ərzində Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi, terror aktları, təxribatlar törətməsi və atəşkəs rejimini pozması, bütün bunların fonunda, danışıqlar prosesində nail olmaq istədiklərinin heç birini əldə edə bilməməsi və “Böyük Ermənistan” planı fiaskoya uğradı. Bu illər ərzində işğalçı ölkənin havadarları, özlərini “demokratiyanın beşiyi” hesab edən bəzi dövlətlərin, o cümlədən qərəzli beynəlxalq təşkilatların tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Artıq indi dünya ictimaiyyəti üçün də keçmiş olan“Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi birdəfəlik arxivə atıldı. Bu gün regionda yeni siyasi reallıq yaranıb. Bir vaxtlar düşmən tapdağı olan ərazilərimizdə yenidənqurma, tikinti-quruculuq, abadlıq işləri geniş vüsət alıb. Qürurverici haldır ki, bu işlərdə dünyanın bir sıra ölkləri də yaxındandan iştirak edir.

Bashlibel.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında 10 noyabr 2020 – cil tarixli üçtərəfli Bəyanata münasibət bildirən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli Bəyanat 30 ildən artıq davam edən münaqişəyə, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yönələn fəaliyyətin yeni formatını təqdim etmişdir…Tarixi əhəmiyyət daşıyan bu bəyanat çoxillik münaqişə və müharibədə Azərbaycan xalqının şanlı qələbəsini təcəssüm etdirir. Tarixi ədalət öz yerini tutub, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunub. Rəsmi İrəvanın uzun illər ərzində ordu haqqında yaratdığı mif puç oldu: “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan silahlı qüvvələrinin məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi, yalanı 44 gün ərzində darmadağın etdi. Bununla da Ermənistanın siyasi və hərbi rəhbərliyini, həmçinin bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi.Qələbənin qazanılmasında ən başlıca amillərdən biri Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasıdir. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır”.

Komitə sədri Azərbaycan Ordusunun peşəkarlığından, vətənpərvərliyindən, hər qarış torpağımızdan ötrü canlarından keçməyə hazır olan əsgər və zabitlərimizin şücaətindən də danışıb. Yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimizin təcrübəsinin dünya ölkələri tərəfindən öyrənildiyini bildirib. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bu döyüşlərdə Azərbaycan Ordusu bütün hədəflərə nail oldu. Azərbaycan hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşməni darmadağın etdi.

Ç.Qənizadə artıq regionda yaranmış yeni reallıqdan da söhbət açıb:

“Hazırda dünya ictimaiyyətinə də bəllidir ki, “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur, tamamilə süquta uğrayıb. Qarabağın bütün rayonları digər rayonlarımız kimi, Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. İtirilmiş ərazilər tamamilə qaytarıldı. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş əraziləri qaytardı.Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 2023-cü il sentyabrın 19- daölkəmizin həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri cəmi bir sutka davam etdi. Erməni silahlı birləşmələri silahları ataraq təslim oldular və separatçı rejimi buraxdıqlarını rəsmən elan etdilər. Bununla da Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi”.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »