• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Azərbaycanda fərqli din mənsubları qardaşlıq halında yaşayır

Mar 16, 2023

Loading


Azərbaycanda fərqli din mənsubları qardaşlıq halında yaşayır. Ölkəmizdə dinlərarası nadir həmrəylik mövcuddur.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan Bakıda keçirilən beynəlxalq konfransda “Dini müxtəlifliyi və dinlərarası hörməti təşviq etməklə harmonik cəmiyyətlərin qurulması” mövzusunda keçirilən plenar iclasda çıxışı zamanı deyib.
“Dünyəvi demokratik Azərbaycanda fərqli din mənsubları qardaşlıq halında yaşayır, dövlətin bütün qayğıları ilə təmin olunurlar”, – şeyxülislam əlavə edib. Allahşükür Paşazadə həmçinin deyib ki, Avropada islamofobiya təzahürləri olduqca genişlənib və kəskin hal alıb. Fransa Avropada islamofobiya və türkofobiyanın mərkəzi kimi davranır. Erməni terror şəbəkəsinin təməli məhz Fransada qoyulub. Allahşükür Paşazadə həmçinin vurğulayıb ki, Ermənistanın illər ərzində ölkəmizə və soydaşlarımıza qarşı etdikləri məlumdur, Xocalıda, Ağdabanda, Başlıbeldə və digər kəndlərimizdə törədilən insanlıq faciəsi sarsıdıcıdır. İşğal zamanı 67 məsciddən 65-i tamamilə dağıdılıb, kilsələrin mənşəyi təhrif edilib. Alban məbədləri qriqoryanlaşdırılıb. Qarabağ və Şərqi Zəngəzurdakı bu cür halların qiymətləndirilməsi üçün UNESCO-nu dəvət etsək də, gəlməyiblə. Qeyd edək ki, sözügedən Beynəlxalq Konfransa Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin rəhbərliyi də dəvət olunub. Birliyin sədri Vüqar Həşimov beynəlxalq konfransda iştirak edib.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »