Polkovnik Şair Ramaldanov: “Xüsusi təyinatlı peşəkar heyət hazırlanması üçün bu hərbi kolleclərin yaradılması zəruri idi”
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti peşəkar gizir heyətinin hazırlanması məqsədilə Bakı, Gəncə şəhərlərində və Naxçıvan Muxtar Respublikasında Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində 3 xüsusi təyinatlı hərbi kolleci üç ay müddətində yaratmalı və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. 2024-2025-ci tədris ilindən başlayaraq təhsil almaq üçün Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki ali təhsil müəssisəsinin bakalavriat səviyyəsinə, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursuna və hərbi kolleclərə qəbul olunmuş kursantlar üçün 500 manat, hərbi liseylərə qəbul olunmuş kursantlar üçün 300 manat məbləğində birdəfəlik ödəmə təsis edilməlidir.
2024-2025-ci tədris ilindən etibarən ali təhsil müəssisəsinə və hərbi kolleclərə daxil olan kursantlar həmin təhsil müəssisələrindən məzun olaraq Azərbaycan Ordusunda 5 təqvim ili zabit və ya gizir kimi həqiqi hərbi xidmət keçdikdən sonra yaşayış sahəsinin alınması üçün Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli ipoteka kreditindən istifadə etdikdə müvafiq yaşayış sahəsinin qiymətinin 15 faizədək olan hissəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Hərbi kolleclərin fəaliyyətinin təşkili üçün Müdafiə Nazirliyinə 2 milyon manat ayrılıb. Hərbi kolleclər hərbi təlimatları ali təhsil ilə birləşdirən məktəblərdir. Hərbi kollecdə oxuduğunuz zaman kollec təhsili və məzun olduqdan sonra hərbi iş əldə edə bilərsiniz.
Bəziləri hətta tələbələrdən məzun olduqdan sonra hərbi xidmət keçmələrini tələb edirlər.
Onu da demək lazımdır ki, Türkiyə Silahlı Qüvvələrinin təhsil sisteminin bənzəri olaraq Azərbaycan Ordusunda da Milli Müdafiə Universitetinin yaradılması mövcud olan bütün xüsusi təyinatlı ali təhsil müəssisələrinin müasir standartlara gətirilməsini təmin edir. Bu istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində xüsusi təyinatlı ali təhsil sahəsində yeniliklərin tətbiq olunması Azərbaycan Ordusunda xidmət edən və eyni şəkildə hərbi qulluqçu olmaq istəyən müdavim namizədlərinin ordu sıralarında xidmət etməyə maraqlarını daha da stimullaşdıracaq.
Polkovnik Şair Ramaldanov “Yeni Müsavat”a bildirdi ki, xüsusi təyinatlı peşəkar heyət hazırlanması üçün bu hərbi kolleclərin yaradılması zəruri idi. Onun sözlərinə görə, tədris mərkəzlərində gizir hazırlığı, ümumqoşun və konkret sahələr üzrə kurslar var, amma xüsusi təyinatlılara aid olmayıb. “Bu hərbi kolleclər xüsusi tədris müəssisələri olacaq. Azərbaycanda ordu hazırlanması çərçivəsində xüsusi təyinatlılar və ”Komando” birliklərinin yaradılması üşün peşəkar heyət olmalıdır. Bunun üçün tədris mərkəzləri yaradılır. Hər halda, həmink olleclərə qəbul qaydaları və standartları müəyyən ediləcək. Əgər kimsə kursu tam şəkildə mənimsəyə bilsə, müvafiq sənəd alıb peşələrində praktiki xidmətdə yiyələnəcəklər. Bir sözlə, belə bir vaxtda xüsusi təyinatlıları peşəkar heyətlə təmin etmək üçün hərbi kolleclərin yaradılması zəruridir”.
Bashlibel.az