Bu günə qədər işğaldan azad edilmiş ərazilərdə 42 hektar sahədə 40 minə qədər ting əkilib. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. O bildirib ki, Cəbrayıl rayonu ərazisində Türkiyə ilə birgə tinglik sahəsinin salınması üzrə işlər aparılır: “Regionda əkin məhsullarına olan tələbat həmin tinglik sahə ilə ödəniləcək”.
Bashlibel.az