Keçən üç il müddətində işğaldan azad edilmiş ərazilərdə 31 yaşayış məntəqəsinin təməli qoyulub və quruculuq, bərpa işləri davam etdirilir.
Bashlibel.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının şöbə müdirinin müavini, İdarələrarası Mərkəzin Katibliyinin rəhbəri Nüsrət Süleymanov deyib.
O bildirib ki, hazırda qarşıdakı müddətdə işğaldan azad edilmiş ərazilərə əhalinin köç prosesi davam etdiriləcək:
“Aparılan bərpa-quruculuq işləri bizim qarşımızda profillərə uyğun missiyalar qoyur. Bu şərəfli işin həyata keçirilməsində hər birimizə uğurlar arzulayıram”.