• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Azad edilmiş ərazilərdə kəndlərin kompaktlaşdırılması nəzərdə tutulub

Noy 27, 2023

Loading

Azad edilmiş ərazilərdə kəndlərin kompaktlaşdırılması nəzərdə tutulub.

Bashlibel.az APA-ya istinadən xəbər verir ki, bunu parlamentin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, həmin kəndlərdə yaşayan əhaliyə pay torpaqlarının verilməsi də gözlənilir:

“Amma kəndlərin kompaktlaşdırılaraq, böyük məktəblərin, xəstəxanaların tikilməsi nəzərdə tutulur”.

Komitə sədri diqqətə çatdırıb ki, azad edilən ərazilərdə bərpa-quruculuq işləri bu gün də sürətlə davam edir: “2026-cı ilə qədər 150 mindən artıq insan doğma yurduna qayıdacaq”.

Komitə sədri Ağdərə rayonun ləğv edilməsi ilə bağlı tarixə nəzər salıb və qeyd edib ki, Ağdərənin işğaldan azad edilməsi xalq və dövlət olaraq növbəti uğurumuzdur: “Ağdərə rayonunun yenidən yaradılması tarixi ədalətin təntənəsidir”.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »