• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Bəylik-Başlıbel yolunda çaya beton ötürücü qoyuldu

Fev 5, 2024

Loading

“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi kəndə gedib-gələn insanların rahat gediş-gəlişini təmin etmək üçün daha bir vacib işin reallaşdırılmasına nail olub. Bu barədə İctimai Birlikdən bashlibel.az-a verilən məlumatda deyilir ki, Bəylik-Başlıbel yolunun Bəylik kəndi ərazisində Tutqun çayından keçən hissəsinə ötürücü beton borular yerləşdirilib. Beləliklə, Başlıbel kəndi ilə yanaşı Kəlbəcərin daha beş kəndinə gedən yolda gediş-gəliş asanlaşacaq. Buna qədər kəndlərə təsərrüfatlarını aparan, səfərlər edən insanların avtomobilləri Bəylik kəndində gur sulu çaydan, bir çox hallarda seldən keçmək məcburiyyətində qalırdılar. Nəticədə avtomobillərə ciddi ziyan dəyirdi, insanlar yollarda qalıb əlavə çətinliklərlə, zərərlə üzləşirdilər. Artıq bu problem aradan qaldırılmış oldu. İctimai Birliyinin İdarə Heyətinin təşəbbüskarlıq və təşkilatçılıq etdiyi bu uğurlu işi Türkiyənin məşhur “Kolin” İnşaat şirkəti həyata keçirib.

Bashlibel.az

Translate »