11 Dekabr 2025

2 thoughts on “Başlibel faciəsi – Dağların qoynunda gizlənən haray

  1. Həmin faciənin canlı şahidi və iştirakçılarından biri 113 gün ailəsi ilə birlikdə düşmən mühasirəsində sağ qalmaq üçün mübarizə aparan Başlıbelin şairi Ələkbər Sönməz gözləri ilə gördüyü faciəni qələmə almış, elə orada daşların üstündə oturaraq, dizinin üstündə çox şerlər yazdı. Mühasirədən çıxandan sonra bu şerləri “Tarixin qan yaddaşı” poemasında birləşdirdi:
    El tərk etdi aprelin birində
    Kəndin boş qaldığın gözümlə gördüm.
    Çöllərə dağılan qoyun-quzunun
    Ac qurdlar qırdəğın gözümlə gördüm.

    Kəsildi yolumuz, dayandı maşın,
    Hərə bir yol ilə qaçırdı başın,
    Bir birdən ayrılan qohum-qardaşın,
    Şivən qopardığın gözümlə gördüm.

    Ey bəxti,taleyi,günləri qara,
    Kimsədən dərdinə olmadı çarə
    Kimsəsiz,köməksiz yazıq Gülara,
    Soyuqdan donduğun gözümlə gördüm.

    Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Mühasirədən çıxaraq, sağ qalanlara Allahdan səbr və can sağlığı arzu edirəm. Şairimiz Ələkbər Sönməzə yaradıcılıq uğurları arzu edirəm.

  2. 1993-cü ilin sentyabr ayında Başlıbel faciəsi barədə, kəndin qarət edilməsi və sakinlərin Portda kahalarında qətlə yetirilməsinin təfərrüatları barədə hadisələrin iştirakçıları Ələkbər Sönməz Və Qədim dayının danışdıqlarını maqnitofona yasdırdım və həmin kassetin surətini Azərbaycan radiosuna göndərdim. 1993-cü il 2 noyabrda saat 18:30-da “Ön cəbhədən üzü bəri” adlı verilişdə jurnalist Kamalə Abdinova 1 saat ərzində həmim lent yazısının 1-ci hissəsini səsləndirdi və jurnalist özü şərhlər verdi. Noyabrın 9-da saat 18-30-da isə “Ön cəbhəyə doğru” adlı verilişdə həmin hadisələr barədə Ələkbər Sönməzin öz səsi ilə şerləri verildi.
    Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Mühasirədən çıxaraq, sağ qalanlara Allahdan səbr və can sağlığı arzu edirəm. Şairimiz Ələkbər Sönməzə yaradıcılıq uğurları arzu edirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »
Bashlibel.az