• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

“Başlıbelin İnkişafına Dəstək” İB ADA Universitetində təlimlərdə iştirak etdi

Noy 22, 2023

Loading

ADA Universitetində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə 20-22 noyabrda “Layihənin idarə edilməsinin əsasları” təlimi keçirilib. Təlimlərə son illər yaranmış 100-ə yaxın QHT cəlb olunub. Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin sədri Vüqar Həşimov təlimlərdə iştirak edib.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə təlimçilərin xüsusi seçildiyini və 2 gün ərzində layihələrin planlaşdırılması, tətbiqi, icrasına nəzarət işlərinin təşkili, ümumən idarəedilməsi ilə əlaqədar QHT-lərin bilik və bacarıqlarının artırılması üçün unikal imkan yaradıldığını bildirib.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva yeni yaranan QHT-ləri fəal olmağa, yeni təşəbbüslərlə çıxış etməyə, Agentliyin elan etdiyi müsabiqələrdə iştiraka dəvət edib. O, Agentliyin bu layihə ilə QHT-lərə metodiki dəstək verdiyini bildirib.
Təlimin açılış mərasimində Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin nümayəndəsi Tural Əliyev, ADA Universitetinin təlimçiləri də iştirak edib.
Üç gün davam edən təlimin yekununda uğurlu nəticə göstərən QHT-lərə Agentliyin və ADA Universitetinin sertifikatları təqdim olunub. Sertifkat təqdim edilənlərdən biri “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Vüqar Həşimov olub.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »