“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin Almaniyanın Bohum şəhərində oktyabr ayında “Başlıbel faciəsinin 30-cu ildönümü ilə əlaqədar Avropada anım tədbirinin təşkili” layihəsi çərçivəsində keçirdiyi tədbir və Başlıbel qətliamı ilə bağlı məlumatların əks olunduğu bukletin Almaniyada universitetlər qarşısında paylanması barədə Almaniyanın dungszentrum-universum.de saytında məqalə dərc edilib. Bashlibel.az xəbər verir ki, yazıda Birlyin keçirdiyi tədbir haqda ətraflı məlumat və fotolar verilib.
Qeyd edək ki, Birliyin Almaniyada keçirdiyi tədbir QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi “Başlıbel faciəsinin 30-cu ildönümü ilə əlaqədar Avropada anım tədbirinin təşkili” layihəsi çərçivəsində keçirilib.
Yazı ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar.
https://bildungszentrum-universum.de/die-unterstutzung-der-entwicklung-von-baschlibel/