Fevralın 5-də Bakı Mühəndislik Universitetində Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin Kəlbəcər rayonunun Başlıbel kəndindən olan ziyalılar, ağsaqqalar və gənclərlə (Bakıda məskunlaşmış) görüşü keçirilib. Toplantı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhdlərin, o cümlədən Başlıbel şəhidlərinin xatirəsinin yad edilməsi ilə başlayıb.
Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin sədri Vüqar Həşimov toplantının gündəliyini elan edərək bildirib ki, məqsəd Başlıbel sakinlərinə Birliyin bu günə qədər fəaliyyəti haqqında məlumat vermək, Birliyin gələcək fəaliyyətini necə görmək istədikləri barədə sakinlərin fikirlərini və təkliflərini dinləmək, gələcəkdə həmin təkliflərin reallaşdırılması üçün ilkin hazırlıqdır.
Vüqar Həşimov həmçinin bildirib ki, toplantı eyni zamanda Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na dəstək xarakteri də daşıyır.
Vüqar Həşimov Birliyin yaranması prosesi və səbəbləri barədə məlumat verib. O qeyd edib ki, əsas məqsədərdən biri Başlıbeldə yeni nəsilə Başlıbelçilik ənənələrini aşılamaq, Başlıbelə qayıdış işlərində sakinlərin imkanlarını səfərbər edib dövlətimizə bu işdə dəstək verməkdir.
Vüqar Həşimov Birliyin dövlət qeydiyyatına alınmasından sonra 9 oktyabr 2022-ci ildə birinci Ümumi Yığıncağından keçən müddətdə gördüyü işlər barədə məlumat verib. Həmçinin dekabrın 12-dən Laçın yolunda ekofəalların keçirdiyi aksiyanın ilk günlərində Birliyin sədri başda olmaqla 4 üzvün iştirak etdiyini, Başlıbelin təmsilçiliyinin təmin olduğunu bildirib. Bundan başqa Kəlbəcər rayon İcra Hakimiyyətinin “Heydər Əliyev ili” çərçivəsində təşkil etdiyi tədbirdə Birliyin sədr səviyyəsində təmsil olunduğunu da V.Həşimov diqqətə çatdırıb. Sədr həmçinin məlumat verib ki, Başlıbel kəndində mobil rabitə stansiyalarının qurulması üçün Azersell və Baksell şirkətlərinə Birliyin rəsmi müraciətləri olub. Həmçinin kəndə ziyarətə gedənlərin gecələməsi üçün ATS binasının təmirinə icazə verilməsi ilə bağlı Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə rəsmi məktub ünvanlanıb.
Vüqar Həşimov Birliyin il ərzində həyata keçirməyi planlaşdırdığı işlər barədə də toplantı iştirakçılarına məlumat verib. Bəylik-Başlıbel yolunun dağılan hissələrinin təmiri, kəndi və Başlıbel qətlimanında şəhid olanların məzarlarını ziyarət üçün gedən insanların gecələməsi üçün ATS binasının təmir olunması, mobil rabitə stansiyasının kənd ərazisində qurulmasına nail olmaq, kəndin Qəbirsanlığının dəmir torla əhatələnməsi, kəndin içərisində dağılmış bulaqların bir neçəsinin bərpası, Başlıbel qətliamının 30-cu ildönümünün keçirilməsi, dövlətimizin görəcəyi işlərə mümkün dəstəyi vermək nəzərdə tutulub.
Sonra toplantıda iştirak edən Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Başlıbel kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Yavər Zeynalov çıxış edib:
“Hörmətli yığıncaq iştirakçıları 2015-ci ildən Başlıbel kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində işləyirəm. İşlədiyim dövr ərzində Azərbaycan Respublikası Prezidentinin və Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının müvafiq fərman və sərəncamlarını rəhbər tutaraq işlərimizi günün tələbləri səviyyəsində qurmağa çalışmışam. Əvvəlki illərdə olduğu kimi 2023-cü idə də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahtlar nəticəsində əldə olunan nailiyyətlər xalqın sabaha olan inamını qat-qat artırmışdır. Sosial inkişafla bağlı çox ciddi addımlar atılmışdır. Qeyd etmək istəyirəm ki, bütün növ pensiyaların və əmək haqqıların artırılması, şəhid ailələrinə verilən Prezident təqaüdlərinin artırılması və digər uğurlu sosial layihələr xalqımız tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı cənab Azər Qocayevin Kəlbəcər əhalisinə göstərdiyi diqqət və qayğı Başlıbel sakinlərindən də yan keçməmişdir. Cənab Azər Qocayevin Başlıbel ziyalıları ilə keçirdikləri çox saylı görüşlər Başlıbel əhalisinə necə həssaslıqla yanaşmasının baris nümunəsidir. Rayon İcra Hakimiyyəti başçısının qəbulunda olmuş Başlıbel sakinlərinin problemləri ilə yerində tanış olaraq onların həlli istiqamətində mühüm işlər görülmüşdür. Nümayəndəliyin işçiləri istər nümayəndəlik, istərsə də digər aidiyyatı təşkilatlardan lazım olan sənədlərin alınmasında vətəndaşlara yaxından köməklik göstərirlər. Belə ki, vətəndaşların şəxsiyyət vəsiqələrinin, məcburi köçkün vəsiqələrinin alınması üçün, istər vətəndaşların pensiya, sosial yardım və digər müavinət xidmətlərinə lazım olan sənədlərin düzəldilməsində, istərsə də digər problemləri ilə əlaqədar müraciətlərinə diqqətlə yanaşır, lazımı məsləhətlər verir və köməkliyimizi əsirgəmirik”.
Y.Zeynalov yığıncaq iştirakçılarına məlumat verib ki, Başlıbel kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik Başlıbel, Xallanlı, Alırzalar, Şahkərəm və Çovdar kəndlərini əhatə etməklə Nümayəndəlik üzrə 786 ailə, 2890 nəfər əhalidən ibarətdir. Əhali Respublikanın 30 şəhər və rayonunun 150-dən çox yaşayış məntəqəsində müvəqqəti məskunlaşmışdır. Başlıbel Nümayəndəliyi üzrə 10 hərbi şəhid və 22 mülki şəhid vardır: “Şəhid ailələri ilə tez-tez əlaqə saxlayaraq onlarla maraqlanır və onların problemləri ilə yaxından tanış olaraq əlimizdən gələn köməklikləri əsirgəmirik. Hörmətli yığncaq iştirkçıları qeyd etmək istəyirəm ki, Nümayəndəlik işçiləri olaraq sözdə deyil, həqiqətən vətəndaşların müraciətlərinə dərhal reaksiya verərək onları maraqlandıran bütün məsələlərlə yaxından tanış olur və əlimizdən gələn köməkliyi göstəririk. Lakin qeyd etmək istəyirəm ki, sakinlərimizin müxtəlif rayonlarda məskunlaşması onlarla görüşlərin keçirilməsində çətinliklər yaradır. Bunun üçün bugünki yığıncağın təşkil olunmasında əziyyət çəkən Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin rəhbərliyinə və eləcə də üzvlərinə öz adımdan və Nümayəndəlik adından minnətdarlığmı bildirirəm və onlara Başlıbelin inkişafı üçün gələcək işlərində uğurlar arzulayıram”.
Birliyin sədr müavini Nurəddin Həşimov isə 18 aprel Başlıbel qətliamının 30-cu ildönmü ilə bağlı tədbir keçirilməsinin nəzərdə tutulduğu haqda danışıb. Tədbirin həm Bakıda, həm də qətliam baş verdiyi ərazidə keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Kənddə tədbirin keçirilməsinə hakimiyyət orqanlarından icazə alınması üçün addımlar atılacağını deyib.
N.Həşimov Bərdə və ətraf rayonlarda yaşayan Başlıbel sakinləri ilə də görüşün nəzərdə tudulduğunu bildirib. O qeyd edib ki, görüşün fevralın sonlarında Bərdə şəhərində keçiriləcəyi planlaşdırılır.
N.Həşimov 1993-cü ilin 2 aprelindən indiyə qədər dünyasını dəyişən Başlıbel sakinlərinin siyahısını hazırladıqlarını və arxivləşdiriləcəyini də qeyd edib.
Birliyin sədr mavini, Bashlibel.az saytının redaksiya heyətinin üzvü Etibar Ağayev isə ötən ilin oktyabrından fəaliyyətə başlayan Bashlibel.az saytı barədə toplantı iştirakçılarını məlumatlandırıb və saytın təqdimatını edib. O, saytın həm Birlik, həm də Başlıbel kəndi üçün əhəmiyyətindən danışıb.
Birliyin idarə heyətinin üzvü Natiq Salahov isə
Toplantı Başlıbel sakinlərinin çıxışları ilə davam edib. Birliyin gələcək fəaliyyəti barədə təkliflər irəli sürülüb.
Başlıbelli ziyalı Qalib Əbdüləliyev çıxışında bildirib ki, Birliyin gələcəyi ilə bağlı nikbindir. Eyni zamanda Başlıbelin qurulması üçün bundan sonra hər bir birimizin mübarizə aparmalı, əmək sərf etməli olduğunu deyib. Q.Əbdüləliyev qeyd edib ki, Ali Baş Komandanın sərkərdəliyi ilə Ordumuz torpaqlarımızı döyşdü aldı, bizlər isə qurmaq üçün çarpışmalıyıq. O deyib ki, quruculuq üçün proqramı təsdiq olunub, Kəlbəcərdə də işlər gedir, bizim də İctimai Birlik olaraq hüquqi imkanlarımız yaranıb ki, kəndi necə gördüyümüz bəyan edək. Çünki kəndi ən yaxşı bilən başlıbellilərdir. Q.Əbdləliyev fikrinə davam edərək deyib ki, yol məsələsi bir nömrəli məsələdir. Başlıbelin yolu müasir standartlara uyğun qurulmalıdır. Məsələn, biz təşəbbs göstərə bilərik ki, Laçın hava limanından gedən yolun bir qolu Başlıbel ərazisindən keçsin. Özü də Güneydən keçməklə. İkinci məsələ, enerji məsələsidir. Kəndin çayının üstündə modul tipli elektrik stansiyası tikmək olar. Zəyin düzü deyilən ərazi bunun üçün ən uyğun yerdir. Dövlətə bu barədə təklif vermək olar. Yol enerji problemi həll olsa kəndin ərazisində turizm üçün unikal imkanlar var. Həmçinin heyvandarlıq üçün çox gözəl imkanlar var. Farel balıqçılıq inkişaf edə bilər. Orqanik məhsullar istehsal edən kənd ola bilər Başlıbel. Həmçinin ATS və ya Mədəniyyət Evinin binasının təmir olunması da vacibdir. Qəbirsanlığa setka çəkmək lazımdır. Hər kəsin Birliyə üzvlük haqqı verməsi məqsədəuyğundur.
Başlıbelli ziyalı Nuşirəvan Muxtarlı isə bildirib ki, Birlik böyk zəhmət hesabına ortaya çıxıb və qeydiyyata alınıb. Buna görə Birliyi yaradanlara təşəkkür düşür. N.Muxtarlı da Başlıbelin kənd sakinlərinin aktivliyinin vacibliyini bildirib və təkliflərini irəli sürüb. O, Bashlibel.az saytının oxucu sayının artırılmasının vacibliyini qeyd edərək buna necə nail olunması ilə bağlı fikirlərini ifadə edib. N.Muxtarlı deyib ki, sayt tanındıqca bu gün mövcud olan maliyyə problemləri də həllini tapacaq. Əsas odur ki, Birlik yaradılıb, təşəbbüs göstərilib və qeydə alınıb, fəaliyyət göstərir. Yol çəkilməsini dövlət layihələri ilə həyata keçirəcəklər. Çox böyk yol layihələri bu ildən həyata keçiriləcək. Saytın yaradılması da vacib addımdır. Saytı tanıtmaq lazımdır. O zaman sayta ianələr də olacaq.
Başlıbelli ziyalı Fazil Əzizov isə Birliyin bu mərhələyə gəlib çatmasında zəhməti olanlara təşəkkür edib. F.Əzizovun isə birinici təklifi bu olub ki, Başlıbelə ziyarətlərin həyata keçirilməsinə mümkün qədər kömək etmək lazımdır. Başlıbelin başlıbellilər istədiyi kimi bərpa edilməsi daim Birliyin gündəmində olmalıdır. Söhbət yenidən qurulmadan yox, bərpadan getməlidir. Kəndin əvvəlki arxitekturası itməməlidir. Relyefi, iqlim şəraitini bilməyənlərin deyil, oranı bilənlərin bərpa işlərinə cəlb olunması vacibdir. Birliyimizin fonduna hər bir başlıbelli ianə verməli, üzvlük haqqı ödəməlidir. Çünki o vəsaitlər yalnız kəndimizin ümumi işlərinə sərf olunacaq.
Birliyin üzvü, Başlıbelli ziyalı Hüseyn Mirzəyev isə bildirib ki, Birlik qısa müddətdə çox işlər görüb.
O, Birlik üzvü kimi buna şahid olduğunu deyib. H.Mirzəyev vurğulayıb ki, Ali Baş Komandanın, ordunun sayəsində torpaqlarımız azad edildi. Amma əhalinin gediş-gəlişinə hələ də imkan yaradılmır. Başlıbel sakinləri də gedib yurdlarını görmək istəyir. Nə qədər ki, kəndin indiki vəziyyəti qalır hər bir sakin gedib oranı görməlidir. Xarabalılqları eşələyib nəsə tapıb muzeyə verilməlidir. Hökumətdən çox şey tələb edilmir. Şərait yaradılsın insanlar ev eşiyini quracaq. H.Mirzəyev deyib ki, dövlətdən istədiyimiz kənddə ictimai binalar, yol, infrastruktur qurulmasıdır. Bunu etsinlər, sonra camaata şərait yaradılsa, icazə verilsə əhali özü öz ev-eşiyin qısa mddətdə tikə bilər və kəndlərdə tez bir zamanda yaşayış bərpa olunar.
Başlıbelli gənc Şəhriyar Tağıyev isə şıxış edərək Birliyin fəaliyyətinə töhvə verilməsi üçün gənclərə şərait yaradılmasını, konkret istiqamətlər üçün tapşırıqlar verilməsini xahiş edib.
Kənd ağsaqqalarından ziyalı Əkbər Sarıyev Birliyin gələcəyinə inandığını və Başlıbel üçün böyük işlər görəcəyinə əminliyini bildirib. Bütün Başlıbelliləri bu Birlikdə təmsil olunmağa çağırıb.
Kənd ağsaqqallarından Mehdi Fərzanov isə Birliyin təbliğatı üçün kənd camaatı arasında işlər aparılmasının vacibliyini təklif edib.
Kənd sakini, ziyalı Sabir Mirzəyev isə bildirib ki, Birliyin ilk votsap qrupunu yaradanlardan biri odur. Ona görə də Birliyin inkişafını hər zaman istəyir. S. Mirzəyev deyib ki, 30 il öncəyə qədər Başlıbeldən rayon səviyyəsində yüksək vəzifələrdə olmuş şəxslərin Başlıbel camaatı və kəndin inkişafı üçün xidmtləri bu gün hər birimizə nümunə olmalıdır. S.Mirzəyev həmçinin qeyd edib ki, bu gün bəzi kənd sakinlərimiz çətin vəziyyətdə yaşayır, onlara dəstək verilməlidir. Həmçinin Fonddan heyvandarlıq təsərrüfatı yaradılması üçün istifadə edilməlidir.
Sonda Bilriyin sədri Vüqar Həşimov irəli sürülən təkliflərin qeydə alındığını və gələcək fəaliyyətdə həyata keçirilməsinə çalışılacağını bildirib.
Toplantının sonunda Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin loqosunun əks olunduğu döş nişanları Birlik üzvlərinə təqdim olunub.
Etibar Ağayev
Bashlibel.az
Hesabat düzgün tərtib edilib.
Təşəkkür edirəm. Allah birliyimizi qorusun.
İşlərinizdə uğurlar arzulayıram. Təssüflər olsun ki, səhətimdə olan problemlərlə bağlı, tədbirdə iştrak edə bilmədim.