15 sentyabr 2024-cü ildə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin binasında “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin 2-ci Ümumi yığıncağı keçirilib.
Ümumi yığıncaq öz işinə başlamazdan öncə İctimi Birliyin üzvləri 2-ci Fəxri Xiyabanda Vətən müharibəsi şəhidlərinin, Başlıbel kəndindən olan Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Zaur Cəfərovun məzarını ziyarət ediblər. Şəhidlərimizin ruhuna dualar oxunub.
Ziyarət yekunlaşdıqdan sonra İctimai Birliyin Ümumi yığıncağı öz işinə başlayıb. İştirak edən Birlik üzvlərinin və qonaqların qeydiyyatı həyata keçirilib. Yetərsay alındığı üçün Ümumi yığıncaq baş tutmuş sayılıb.
“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin 2-ci Ümumi Yığıncağının Gündəliyi səsə qoyularaq qəbul olunub.
Gündəliyə “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin 2-ci Ümumi Yığıncağı katibliyinin (sədr, katib) və say komissiyasının seçilməsi, “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin 9 oktyabr 2022-ci ildə keçirilmiş 1-ci Ümumi yığıncağında qarşıya qoyulmuş fəaliyyət planında nəzərdə tutulmuş işlərin həyata keçirilməsi vəziyyəti barədə məlumat verilməsi, Birliyin son iki ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi iki layihə, Birliyin ümumi fəaliyyəti barədə məlumatlandırma və qarşıdakı dövrdə həyata keçirəcəyi işlər barədə məlumat verilməsi, Birliyinin İdarə Heyəti və Nəzarət Təftiş Komissiyası üzvlüyünə namizədlərin irəli sürülməsi, Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin İdarə Heyəti və Nəzarət Təftiş Komissiyası üzvlərinin seçilməsi və cari məsələlər daxil edilib.
Birliyin üzvü Yusif Salahov Ümumi yığıncağın katibliyi və say komissiyası seçilib.
“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Vüqar Həşimov hesabat məruzəsi ilə çıxış edib. Hesabatda ötən Ümumi yığıncaqda qarşıya qoyulmuş fəaliyyət planının uğurla həyata keçirildiyi bildirlib. Həyata keçirilmiş işlər sadalanıb.
Birliyin NTK sədri Yusif Salahov iki il ərzində Birliyin fəaliyyətinin Nizamnamə çərçivəsində qurulduğunu, hesabatlılığa əməl edildiyi, Birlik üzvlərindən hər hansı şikayət və müraciətin NTK-ya daxil olmadığı haqqında məlumat verib.
Birliyin sədr müavini Nurəddin Həşimov həyata keçirilmiş işlər barədə məlumat verməklə yanaşı, bundan sonrakı mərhələdə çox əhəmiyyətli işlərin reallaşdırılacağının nəzərdə tutulduğunu bildirib.
Birliyin sədr müavini Etibar Ağayev Birliyin həyata keçirdiyi layihələr, Bashlibel.az saytının fəaliyyəti barədə məlumat verib.
Birliyin üzvü Xalid Kazımov isə növbəti ildə də vacib mövzularda layihələrin hazırlanması və həyata keçirilməsinin vacibliyindən danışıb.
Qalib Əbdüləliyev, Ənvər Salahov və digərləri çıxışlarında Birliyin və reallaşdırdığı işlərin əhəmiyyətindən söz açıblar, fəaliyyəti müsbət qiymətləndiriblər. Birliyin bundan sonra aktiv fəaliyyət göstərməsinin Başlıbel kəndi üçün vacib olduğunu bildiriblər.
Sonra İdarə Heyəti və Nəzarət Təftiş Komissiyası üzvlüyünə namizədlərin irəli sürülməsi həyata keçirilib. İdarə Heyətinə Vüqar Şükür oğlu Həşimov, Nurədddin Aydın oğlu Həşimov, Oqtay Sadıq oğlu Salahov, Seymur Məhiyəddin oğlu Əsədov, Rövşən İsrəfil oğlu Həşimov, Xalid Vahid oğlu Kazımov, Qoşqar Bahadur oğlu Babayev, Etibar Rafiq oğlu Ağayev və Natiq Sadıq oğlu Salahovun namizədliyi irəli sürülüb.
Nəzarət Təftiş Komissiyasına isə Səbuhi Rafiq oğlu Ağayev, Dağlar Müzəffər oğlu Həsənov, Qurban İsa oğlu Salahov və Şəhriyar Nuşirəvan oğlu Muxtarovun namizədliyi irəli sürülüb.
Sonra İdarə Heyətinə və Nəzarət Təftiş Komissiyasına gizli səsvermə həyata keçirilib. Say komissiyası verilən səsləri saydıqdan sonra səsvermənin nəticələrini say komissiyasının üzvü Hüseyn Mirzəyev elan edib. Gizli səsvermənin nəticələrinə görə, İdarə Heyətinə seçkilərdə Vüqar Həşimov, Nurəddin Həşimov, Rövşən Həşimov, Xalid Kazımov, Etibar Ağayev, Natiq Salahov və Qoşqar Babayev “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin İdarə Heyətinin üzvü seçiliblər.
Nəzarət Təftiş Komissiyasına seçkilərin nəticələrinə görə isə Səbuhi Ağayev, Dağlar Həsənov və Şəhriyar Muxtarov seçiliblər.
“Daha sonra Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin İdarə Heyəti sədr vəzifəsinə Vüqar Şükür oğlu Həşimovu seçib.
İctimai Birliyin sədr müavinləri vəzifəsinə isə Vüqar Həşimov Nurəddin Aydın oğlu Həşimovun və Etibar Rafiq oğlu Ağayevin namizədliyini irəli sürüb. Açıq səsvermə ilə hər iki şəxs yekdilliklə Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin sədr müavini seçiliblər.
Nəzarət Təftiş Komissiyasının sədrliyinə isə Səbuhi Ağayevin namizədliyi irəli sürülüb. Səbuhi Ağayev NTK-nın sədri seçilib.
Sonda cari məsələr müzakirə edilib.
İrəli sürülən təkliflər qeydə alınıb və Ümumi yığıncaq işini yekunlaşdırıb.
Bashlibel.az