
“Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin” İdarə Heyəti və Birlik üzvləri Başlıbel kənd sakini Əhmədov Hümmət Əbdüləli oğlunun vəfatı ilə bağlı mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı verir. Xatırladırıq ki, Əhmədov Hümmət Əbdüləli oğlu 12.06.1938-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olmuşdur. 28.10.2024-cü ildə vəfat etmiş, 29.10.2024-cu ildə Bakı şəhərində dəfn edilmisdir. Hümmət Əhmədov 18 aprel Başlıbel qətliamının canlı şahidlərindən və 113 gün Başlıbel ərazisində mühasirə həyatı yaşayan insanlardan biri idi.
Allah rəhmət eləsin!
Bashlibel.az