“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin İdarə Heyəti və Birlik üzvləri Başlıbel kənd sakini “Moderator.az” saytının yaradıcısı və rəhbəri, tanınmış jurnalist Ələsgərov Zülfüqar Hüseyn oğlunun vaxtsız vəfatı münasibəti ilə mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı verir. Xatırladırıq ki, Ələsgərov Zülfüqar Hüseyn oğlu 1971-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olmuş, 18.06.2023-cü ildə doğma kəndi Başlıbeldə qəflətən vəfat etmişdir. Allah rəhmət eləsin !
Allah rəhmət eləsin ! Zülfüqar kəndimizin ölkəmizdə tanınması üçün əvəzsiz xidmətlər göstərmişdir. Allah əzizlərinə və yaxınlarına səbr versin ! Məkanı cənnət olsun !
Allah rəhmət eləsin Qəbri nurla dolsun