
Vaşinqtonun Kiyevə dəstəyi Rusiya ilə nüvə qarşıdurması riski yaradır.
Bashlibel.az Manset.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden xarici siyasətlə bağlı yekun çıxışında bildirib.
“Mənim iki məqsədim var idi: Ukraynanın müdafiəsi üçün dünyanı birləşdirmək və iki nüvə dövləti arasında müharibədən qaçmaq. Hər ikisinin öhdəsindən gəldik”, – deyə o bildirib.
Bayden həmçinin bildirib ki, ABŞ və müttəfiqləri Ukraynaya dəstəkdən əl çəkə bilməzlər və Kiyevə yardımı davam etdirməlidirlər:
“Daha çox iş görmək lazımdır. Biz təkcə Avropada deyil, Asiyada ilk dəfə olaraq Ukraynanı dəstəkləmək üçün 50 ölkəni birləşdirdik”.
Bashlibel.az