• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

BİR ƏSR SOYQIRIMLA ÜZ-ÜZƏ

Mar 31, 2024
15

Loading

Bir əsrdən çoxdur ki “erməni məsələsi”, “Qarabağ problemi” ətrafında baş verən terror və cinayətlər,saysız-hesabsız insan təlafatı, ağlasığmaz təxribatçılıq,dağıntılar yaşadığımız narahat dövürdə dünya içtimayyətinin diqqət mərkəzində duran mühüm problemlərdən birinə çevrilmişdir.

        Ermənilərə qarşı Türkiyədə və Azərbaycanda dönə-dönə genosid siyasəti yeridildiyini əllərində bayraq edən,dünya içtimayyəti qarşısında erməni xalqını “cəfakeş”,türk xalqını isə qəddar kimi qələmə verən erməni millətləri 1988-ci ildə azərbaycana qarşı başladığı dövlət terrorizmi siyasətini təcavüzkarlıq müharibəsinə çevirmişlər. Ermənilər öz şovinist məqsədləinə çatmaq üçün, mədəni insan təfəkkürünə sığmayan kütləvi cinayət və fəlakətlər törədərək  Azərbaycanlılara qarşı əsl mənada geniş miqyaslı soyqırım siyasəti həyata keçirmişlər və bu siyasəti daha ciddi şəkildə davam edirlər. Dünya dövlətlərinin bəzilərində isə ermənipərəst dairələr tərəfindən Qarabağ problemi adlanan qondarma problem ətrafında baş verən hadisələr kompleksində erməni mövqeyini və erməni mənafeyini, başqa sözlə, məsələnin yalnız erməni aspektini ön plana çəkir və onların birtərəfli həll edilməsinə çalışırlar. Həmin darələrin ermənilərə göstərdikləri qayğıkeşlik siyasi,iktisadi və digər amillərlə yanaşı, həm də  güclü yalan inforimasiya  ilə əlaqədardı.

        Ermənilərə qarşı olmuş “uydurma soyqırım” yalan-doğru sənəd və faktlar müasir texnikanın verdiyi bütün imkanlardan istifadə edilərək erməni  lobbisi tərəfindən birtərəfli şəkildə  və insani hissləri yerindən oynadan bir şəkildə  dünya içtimayyətinə çatdırılır və içtimai fikir beynəlxalq miqyasda yalnış istiqamətə yönəldirilir. Problemin əsasını təşkil edən ermənilərin özlərinin törətdikləri vəhşiliklər haqqında isə dünya içtimayyəti kifayyət qədər məlumat almamışdır. Əlbətdə ki, 100 minlərlə insanın aqibətini, Azərbaycan,Gürcüstan və Ermənistanın Azəbaycanlılar yaşayan müxtəlif yaşayış məntəqələrində baş vermiş saysız-hesabsız faciələri heç bir xronoloji ramkaya salmaq, heç bir sənəddə tam dolğunluğu ilə əks etdirmək mümkün deyildir.Ermənilərin Azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər Azərbaycan tarixinin açılmamış ən müdhiş səhifələrindəndir. Təkcə bir fakta-vaxtilə qəhraman kimi tanıdığımız, adına küçə, qəsəbə, şəhər adı verilmiş, heykəli qoyulmuş, məzarı üzərində baş əydiyimiz Stepan Şamuyanın qəbrinin boş olması və bununla bağlı digər faktlara istinad etməyimiz kifayət edər ki, tarixi araşdırmalara ehtiyacın çox olduğunu tam mənasıyla dərk edək.

         Tarixi sənədlər və şahidlər Türküyədə ermənilərin saysız-hesabsız ağır cinayətlər törətdiyini sübut edir.Azərbaycanda isə demək olar ki bu haqda məlum səbəblər üzündən heç nə yazılmamışdır. Türk-erməni münasibətlərinin araşdırıcısı kimi tanınan amerikan tarixcisi Karter yazır ki; “Anadoludakı erməni varlığını anlamaq istəyən unutmamalıdır ki, erməni fəlakəti müharbənin və milli-azadlıq hərəkatı zamanı meydana çıxmışdır. Ermənilərlərin  məskun olduğu yalnız 6 vilayətdə 1milyondan çox müsəlman öldürülmüşdür.”

         1920-ci ildə 69 amerikalı ekspertlər  şərqi Anadolunun ermənilər yaşayan həmin 6 vilayətində araşdırmalar aparmış və xüsusi bir hesabat hazırlamışlar. Nəhayət, ABŞ-da konkresin bir neçə üzvü həmin hesabat əsasında konqresə « strateji istiqamət, erməni terroru və beynəlxalq terror münasibətləri məsələyə tarixi baxış » adlı yeni bir hesabat təqdim etdilər. Həmin hesabatda deyilir: « 1912-1922-ci illər arasında 10 il ərzində ermənilərin öz vətəni hesab etdikləri 6 şərqi  Aanadolu vilayətində 1milyon müsəlmanın  öldürüldüyü unudulmamalıdır. Asala ( beynəlxalq erməni terorçu təşkilatı ) soyqrımı iddiaları ilə meydana çıxdıqda, türklər biz də soyqırıma məruz qaldıq  deyərlərsə, bu haklı olmazmı ?! »

         Vaxtilə ABŞ konqresində erməni millətçilərinin açıq müdafiyəçilərindən biri, ABŞ demokrat partıyasından senatın üzvü olan Larri Smit hadisələri Türkiyədə araşdırdıqdan sonra demişdir: « Türkiyəni ziyarət etdikdən sonra erməni məsələsinə dair təsəvvürüm genişləndi. Türküyəni görüb, yəhudi lideriləri və bəzi milli azlıq liderləri ilə söhbət etdikdən sonra düşüncələrimdə ciddi dəyişikliklər baş verdi. Sonra bu sahədə bəzi araşdırmalar apardım. Çox şey aydınlaşdı və fikrim tamamilə dəyişdi. Artıq hadisələrə elmi və gerçək bir mövqedən baxıram. Ermənilərin tarixi saxtalaşdırdıqlarını və həqiqəti öz məqsədləri isdiqamətində dəyişdirdiklərini gördüm. »

            Gətirilən faktlar bir daha sübut etdi ki, Türkiyə kimi dünyada sözünü deyə bilən bir dövlətin illər boyu apardığı təbliğatlar hələ də öz müsbət nəticəsini verməyib. Hələ də dünya içtimaiyyətində türklərin ermənilərə qarşı soyqrım aktı həyata keçirdiyi fikri olduqca güclüdür. Türküyənin əsas strateji  tərəfdaşı olan  ABŞ  senatında   bu  məsələnin tez-tez  gündəliyə cıxarılması göstərir ki,  bu məsələyə ötəri və soyuq münasibət göstərmək  olmaz . Qeyd etmək lazımdır ki, erməni quldur və terorçu təşkilatları tərəfindən törədilən insan qırğınlarının əksəriyyəti Ermənistan, Azərbaycan və Türkiyə ərazisində baş versədə onlar artıq çoxdan bu coğrafi mövqedən kənara  çıxmış və  bunun  alovu çox uzaqlara yayılmışdır. Erməni lobbisinə  müxalif olanlar və Türküyədə 1915-ci il soyqrımının tanınmasına maneçilik törədənlərə qarşı yönədilmiş erməni terrorizmi qəddar beynəlxalq terroizmin mühüm tərkib hissəsinə çevrilmişdir. Özünü 1890-cı ildən göstərən erməni terrorizm hərəkatı artıq 100 ildir ki, törətdiyi faciələr ilə dünya içtimaiyyətini dərindən narahat edir. Əsrimizin ilk ikionilliyində geniş və dəhşətli xarakter almış erməni terrorizmi 20-ci əsirin  20-ci illərinin əvvəllərində Azərbaycan, Ermənistan və Türkiyə arasında sərhədlər hüquq normaları əsasında qəti şəkildə formalaşdıqdan sonra, məhdudlaşmış və məxvi şəkil almışdır. Şübhəsiz ki, bu işdə güclü beynəlxalq siyasi qüvvələrin marağının ölməsi də öz rolunu oynamışdır. Çünki erməni kartından daim Osmanlı dövlətini zəiflətmək  Azərbaycan  və  Osmanlı torpaqlarını parçalamaq üçün böyük dövlətlər- Rusiya, Ingiltərə, Amerika tərəfindən vasitə kimi istifadə olunub. Məhz buna görə 1945-ci ildən sonra erməni terrorçuluq hərəkatı ideoloji təxribat sahəsində xeyli fəyalaşmağa başladı. 1965-ci ildən başlayaraq isə geniş vüsət aldı. 1975-ci ildən sonra isə bu hərəkat təşkilatlar şəkilində öz mənfur əmələrini bütün dünyada həyata keçirməkdədir. Öldürən və təbliğ edən təşkilatlar olmaqla 2 yerə bölünən erməni terror qruplarının sayı 20-ci əsirin 80-ci illərində artıq 11-ə çatır. Bütün fəaliyyətləri, hədəfləri eyni və yalnız öz məqsədlərini həyata keçirmək üsüları ilə fərqlən 3əsas təşkilat faliyət göstərməyə başlayır.

          Asala, Ynçaq, Nar adları ilə tanınan bu terror təşkilatlar əslində eyni mənfur məqsəd güdmüşdür. ASALA ( Ermənistanın qurtuluşu üçün Gizli Erməni Ordusu ) 1 yanvar 1975-ci ildən Beyrutda bir terrorçuluq aktı ilə özünü tanıtmağa başlayan və marksizm-leninizm ideolgiyasını əsas tutan, məqsədlərinə silahlı mübarizə yolu ilə çatmağa çalışan təşkilat, qarşısında aşağdakı vəzifələri qoyur: a) işğal altında olan erməni topaqlarını azad etmək və nəticədə Birləşmiş Demokratik və Sosialist Ermənistan dövlətini yaratmaq,  b) vətənə qayıtdıqdan sonra erməni xalqına ən azı öz müqəddaratını özü təyin etmək hüququ qazandırmaq, c) soyqırımını   tarixi bir həqiqət kimi Türkiyə tərəfindən qəbulunu təmin etmək, e) soyqrımı ilə əlaqədar Türüküyəni təzminat ödəməyə mcbur etmək ,

           YNÇAQ ( erməni soyqırımı ədalət  komandaları ) qarşısına aşağdakı vəzifələri qoyur: a) Türkiyəni 1915-ci il soyqırımını etiraf etməyə və müvafiq təzminat ödəməyə məcbur etmək, b) Osmanlı imperiyası torpaqlarının bölüşdürülməsini nəzərdə tutan 1920-ci il Sevr müqaviləsi ilə sərhədləri müəyyən edilən « erməni torpaqlarının ermənilərə qaytarılmasını təmin etmək.

           NAR ( Yeni Erməni Dirənişi ) asala ilə sıx, əlaqəli şəkildə fəaliyyət göstərməyi təmin etmək.

Bu tarixi faktları nəzərdən keçirdikdə və tarixi sənətləri araşdırdıqda görürük ki, qondarma erməni məsələsi  Qarabağ  problemi ətrafında  Azərbaycanda, Türkiyədə və bütün dünyada baş verən siyasi, hərbi və terrorçuluq aktları, dövrümüzdə ümumidünya tarixi və proseslərin ağır faciələr  və fəlakətlər doğuran xərçəngə bənzər törəməsidir. Tarixi sənədlərdən məlumdur ki, Türkiyənin hakimiyyəti altında olan torpaqların  bölüşdürülməsi uğrunda Avropanin böyük dövlətləri arasında gedən mübarizə ilə bağlı zidiyətlər dünya tarixşünaslığına « Şərq məsələsi » adı ilə daxil olmuşdur. Şərq məsələsinin ən dəhşətli qolu olan « erməni məsələsi » tarix səhnəsində arasıkəsilməz faciələr mənbəyinə çevrildi. Tarixi hadisələrə  az – çox bələd olan hər kəs yaxşı bilir ki, şərq məsələsi adlı şovinist siyasət Osmanlı imperiyasını zəyiflətmək və son nəticədə Şərqin dəyişən xəritəsinin dünya imperializminin mənafeyinə uyğun şəkildə formalaşmasını təmin etmək məqsədi ilə yeridilən çox tərəfli siyasətin bir qoluda erməni məsələsi idi. Erməni xalqının öz müqəddəratını özü təyin etməsi pərdəsi altında dünya siyasətinə daxil olan bu məsələ əslində xarici kapital ilə sıx bağlı olan erməni burjaziyasının mənafeyinə uyğun olaraq Türkiyə və Azərbaycan torpaqları hesabına « dənizdən dənizə böyük ermənistan imperiyası » yaradılması haqında tarixdə oxşarı olmayan bir avantüradır. Məlum olduğu kimi dünya siyasəti böyük dövlətlər tərəfindən cızılıb həyata keçirildiyi bir dövürdə çox vaxt  az sayılı milətlərin taleyi öz iradəsindən asılı olmayaraq, bəzən isə onun iradəsinin əksinə həl edilir. Lakin erməni xalqı kimi müqədaratı böyük dövlətlər tərəfindən siyasi oyunlarda bu dərəcədə istifadə edilən ikinci bir millət təsəvvürə gətirmək çətindir. Tarixi hadisələrin, siyasi proseslərin gedişi göstərir ki, bütün  XX əsr boyu Azərbaycanlılar üçün əsil tarixi fəlakətə çevrilmiş olan erməni məsələsi, sonra isə Qarabağ problemi və Qafqazda öz nüfuzunu itirmək istəməyən Rusiya bu hadisələrin senaristi olmuşdur. Imperiyanın parçalanması təhlükəsi yarandıqda bir qayda olaraq həmin problem ortaya çıxır və ya vəziyyət sabitləşdikdə   isə,  o  da  arxa plana keçir.

            Bunun əyani sübutu kimi 1905-1907və 1917-1918-ci illərdə Rusiyanın dərin iqtisadi,    siyasi böhran keçirdiyi bir vaxtda, vəziyyətdən çıxış yolu kimi milli qırğınlar törətməsini göstərə bilərik. 1905-1907-ci illərdə Azərbaycanda on minlərlə insan dəhşətli şəkildə soyqırıma məruz qaldı. 1918-ci il mart ayında başlanan qırğınların miqyası daha böyük, daha ağır idi. Azərbaycanlıların soyqırımı  Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda,İravanda, Gəncədə, Lənkaranda və Muğanda xüsusi qəddarlıqla  həyata keçirilmişdir.  1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Muğanda və Lənkəranda ermənilər 50 min azərbaycanlı qətlə yetirilmiş, evləri qarət edilmiş, on minlərlə sakin evlərindən qovulmuşdur. Şamaxıda 58 kənd dağıdılmış , 7 min nəfər  o cümlədən 1653 qadın, 964 uşaq öldürülmüşdür. Qubada 122,  Qarabağda 150, Zəngəzurda 115 kənd tamamilə dağıdılmış, dinc əhaliyə divan tutulmuş, qadınlar təhqir olunmuşdur . İrəvan quberniyasında 211, Qarsda isə 82 azərbaycanlılar yaşayan kənd dağıdılmışdır. İrəvanın özündə və ətirafında Azərbaycanlılar yaşayan 1920 ev yandırılmış, 131970 nəfər xüsusi qəddarlıqla qətilə yetirilmişdir.

            “Bütün bu qırğınlar azərbaycan xalqının böyük oğlu, görkəmli ictimayi , siyasi və dövlət adamı M.Ə.Rəsulzadənin təbirincə desək- Azərbaycan xalqının milli azadlıq və istiqlaliyyət əldə etmək arzusunu və inamını elə beşikdəcə boğmaq məqsədi  ilə edilmişdir”.

            Azərbaycan SSRİ-nin tərkibinə qatıldıqdan sonra isə bu siyasət başqa şəkildə represiyalar və deportasiya adı altında həyata keçirildi. 23 dekabr 1947-ci ildə isə Stalinin imzaladığı “Ermənistan SSRİ-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSRİ-in Kür-Araz ovalığına köçürülməsi haqqında”qərarla  1948-50-ci illərdə Ermənistandan 150 min azərbaycanlı rəsmi olaraq Azərbaycana köçürüldü. Bu insanların əksəriyyəti yerli iqlimə uyğunlaşmyaraq həlak oldu.

         SSRİ dağıldıqdan sonra isə Azərbaycanı MDB-yə qatmaq üçün qondarma Qarabağ problemindən mühüm siyasi və hərbi təzyiq vasitəsi kimi istifadə edildi. SSRİ dağılmamışdan qabaq Sov.İKP  MK-nin baş katibi M.S Qarbaçov 1988-ci ilin axırlarında mərkəzi televiziyaya verdiyi müsahibədə “Qarabağ problemini” belə əsaslaşdırmışdır: Əlbətdə Qarabağ problemi var və onun kökləri dərindir. Bu  məsələ ona görə kəskinləşmişdir ki, Azərbaycan rəhbərliyi mühüm mərhələdə həmin əhaliyə Lenin ənənələri ruhuna uyğun gəlməyən səhv münasibətdə olmuş, sadəcə olaraq qeyri –insani münasibət bəsləmişdir”.

         Dünya ictimayəti fikrində əfsanələrə çevrilmiş olan “əzabkeş erməni xalqı” məfhumu  yalnız xarici himayədarların mərhəmətini qazanmaq məqsədini güdmür. Bu, həmçinin erməni xalqının pisxologiyasını öz məqsədlərinə tabe etmək, Ermənistanda ictimayi fikir ilə istənilən şəkildə manipulyasiya  etmək, geniş kütlələri hər an bu məqsəd üçün ayağa qaldırmaq məqsədlərinə xidmət edir. Daşnaksutyun partiyasının Misirdəki orqanı olan “Uyasber” qəzetinin baş məqalələrinin birində göstərilirdi: “Millətlərin gələcəkdə böyük savaşlarında hamı bir nəfər kimi ya bilavasitə, ya da bilvasitə olaraq iştirak etməlidirlər. Biz birinci qurup millətlərə aidik”. Daşnakların siyasi məqsədləri üçün bir nəfər kimi istifadə edilən erməni xalqı  şovinizim ruhunda tərbiyə olunur. Onlarda regionda torpaqlarına göz dikdikləri, birinci növbədə türkdilli xalqlqra qarşı dərin nifrət hissi aşılanır. Geniş informasiya vasitələrində verilən yazıları, elmi və bədii ədəbiyyat, incəsənət əsərləri ,dini ibadətlər dəhişətli  antiazərbaycan , antitürk notları üzərində qurulur. Öz xoşbəxtliyini türk xalqlarının bədbəxtliyi üzərində qurmağa yönəldilmiş erməni millətçilərinin uzun müddət həyata keçirilən siyasi xətti bu gündə dayanmadan davam edir və bütün vasitələr bu məqsədə yönəldilir.

            Tədqiqatçılarin apardıqları araştırmalar nəticəsində müəyyən edilmişdir ki, tarixdə 14 mindən çox müharibə olmuşdur . Lakin onların  heç biri erməni azərbaycan müharibəsi qədər dəhişətli olmamışdır. Ermənilərin XX əsrdə növbəti dəfə, azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım aktı 1988-1994-cü illərdə baş vermişdi .Bu hadisələr nəticəsində 800-dən çox Azərbaycan kəndi işğal edilib, dağıdılmış, 1milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmiş , on minlərlə insan qətilə yetirilmiş, minlərlə günahsız azərbaycanlı əsir və itkin düşmüşdür. Bu dövrü  2 mərhələyə – 1991-ci il müstəqillik əldə edilənədək olan dövr və müsdəqillikdən sonrakı dövr kimi  ayirmaq olar. Fikrimizi ikinci dövrə yönəltsək daha məqsədə uyğun olar. Çünki bu dövrdə  Azərbaycanda siyasi və hərbi vəziyyət daha da kəskinləşmişdi. Torpaqlarımızın bir-birinin ardınca dalbadal itirilməsi, soydaşlarımızın soyqırıma məruz qalması məhz müstəqillik əldə ediləndən sonrakı illərdə baş vermişdir. Torpaqların sürətlə erməni quldurları tərəfindən tutulması onların güclü olması yox,  bizim bu məsələyə münasibətdə həmrəy olmamağımız idi. Bu dövrdə hakimiyyətdə olan A. Mütəllibov komandası olduqca zəif və yarıtmaz siyasət yeridir, hərbi və siyasi qüvvələri mərkəzi hakimiyyətə tabe edə bilmirdi. Ölkədəki siyasi qüvvələr öz qüvvələrini səfərbəyliyə alıb, düşmənə cavab vermək əvəzinə bu vəziyyətdən öz siyasi məqsədləri naminə faydalanır, ictimaiyyətdə fikir ayrılığı yaradırdılar. Eyni zamanda hərbçilər arasında da bu ayrıseçkilik davam edir, dırnaq arası siyasətçilərin avantürasına xidmət edirdilər. A. Mütəlibov hər vəchlə Rusiyanın etimadını qazanmağa çalışırdı, çünki Qarabağ probleminin  həllini yalnız  bunda  görürdü. Ona müxalif olan qüvvələr isə A. Mütalibovu devirmək üçün hər vasitədən  istifadəyə hazır idilər.

            Sözsüz ki, ermənilər Azərbaycanda cərəyan edən bu hadisələri çox diqqətlə izləyir və bundan öz məqsədlərinə çatmaq üçün məharətlə isdifadə edirdilər. 90-cı illərin əvvələrində baş verən  hadisələrin  ən dəhşətlisi Xocalı soyqırımı idi. Xocalı soyqırımına gedən yol 1992-ci il fevral ayının 17-dən 18-nə keçən gecə Xocavənd rayonun Qaradağlı kəndində edilən faciəvi qırğınlardan başlayırdı. Doğrudanda Qaradağlı kəndində baş verən hadisələr bir millət olaraq bizim mənəvi faciəmizdir. Azərbaycan torpaqlarında bir qurup quldur tərəfindən gözümüzün qarşısında soydaşlarımıza divan tutulur, ana və bacılarımız  təqir olunur, biz isə buna tamamilə biganə qalırıq. Qaradağlıdan sonra daha da sərbəstləşən erməni seperatçıları 1992-ci il fevralın 25-dən 26-na  keçən gecə  kecmiş  SSRİ- yə məxsus 366-cı  alayın köməkliyi ilə erməni quldurları  tərəfindən Xocalı şəhəri mühasirəyə alınaraq, güclü artireliya atəşinə tutuldu. Bundan sonra zirehli texnikanın köməkliyi ilə Xocalı özünümüdafiə dəstəsinin müdafiə xəttini  yararaq şəhərə daxil olan erməni quldurları sılahsız sakinlərə, qocalara, əlillərə, qadınlara, uşaqlara misli görünməmiş divan tutular. Minlərcə günahsız insanlara işgəncələr verildi, minlərlə həmvətənlimiz qətlə yetirildi. Azərbaycan Respublikası Prezdent aparatının  mətbuat şöbəsi isə  2 nəfər öldüyü və o qədər də insanın yaralandığı haqqında məlumat verdi.  Bu məhsuliyyətsiz bəyanatlardan ermənilər bu gündə bizim əlehimizə istifadə edirlər. Hökümət rəhbərliyi tərəfindən hadisəyə nə siyasi, nə də hüquqi qiymət verilmədi. Xarici jurnalistlərin və müxbirlərin yazılarında xocalı soyqırımın qurbanlarının sayı aşağıdakı kimi verilirdi:

            «Torpaq üzərində ölü və yaralı çox idi. 470-500 nəfər xocalıda, 650-700 nəfər çayların yaxınlığında və yollarda, 85-100 nəfər isə Naxçivanik kəndi ətrafında həlak olub».- The İndependent, London, 12 iyun 1992.

               «Erməni hücumu zamanı  yüzlərlə Azərbaycanlı öldürüldü və ya itgin düşdü, təxminən 1000 Xocalı sakini çərşənbə axşamı erməni ordusu tərəfindən qətilə yetirildi»-The Vashinqton Times.  2 mart1992.

« Biz  Xocalıda təpənin döşünə səpələnmiş yüzlərlə  meyitləri gördük »-

-Anatol  Levon. 1992 mart Tayms.

          Əlbətdə  ki, bütün  bu  hadisələrin  fonunda  düşmənə  layiqli cavablar  da  verilmişdir. 1992-ci  il  mart  ayının  12-də Ağdərə  rayonunun beş kəndinə  güclü  artileriya  və texnikanın müşayəti ilə hücuma  keçən erməni  hərbi  birləşmələri  Qaradağlıda və  Xocalıda törətdikləri vəhşiliklərin cavabını  almış  oldular. Yerli  özünümüdafiə  dəstələrinin  qəhrəmanlıqla  apardıqları döyüşlər  nəticəsində düşmənin 11 zirehli texnikası və 248 nəfər  canlı qüvvəsi  məhv  edildi. Təkcə Ağdərə rayonunun  Başgüney  kəndində 169 nəfər  erməni  qulduru məhv  edilərək 800-dən  çox  dinc  sakin  mühasirədən  çıxarıldı. Kiçik bir  kənddə bu  qədər itkinin verilməsində hökümət və ordu rəhbərlərini günahlandıran erməni ictimaiyyəti 1992-ci il mart ayının 14-də Ermənistanın  paytaxtı  İrəvan  şəhərində kütləvi mitinq  keçirilmişdir.

               İstər Xocalı soyqırımına, istərsədə XX əsirin əvvələrində baş vermiş soyqırımlara yalnız Heydər Əliyev hakimiyyətə gələndən sonra hüquqi  qiymət  verildi. Ümummillilider  H. Əliyevin təşəbbüsü ilə  1994-cü ildə  Milli məclisdə keçirilən müzakirələrdən sonra Xocalı soyqırımına hüquqi-siyasi qiymət verildi və  Milli Məclisin qəbul etdiyi qərara əsasən hər il fevral ayının 26-sı  «Xocalı soyqrımı və milli matəm günü » kimi qeyd olunur.  H. Əliyev ermənilərin xalqımıza qarşı törətdiyi bütün soyqırım faciyələrini qeyd etmək məqsədilə  1998-ci ilin martında fərman imzalamışdır. Həmin fərmana uyğun olaraq  31 mart Azərbaycanlıların soyqırım günü elan edilmişdir. Bu sənəd  bizi tariximizin  qanlı səhifələrini  dönə-dönə xatırlamağa, ermənilərin törətdikləri vəhşilikləri unutmamağa çağırır.

              Xocalı soyqırımının şahidiləri sırasında Rusiyalı jurnalistlərdən C.Smolov, Y.Zaraxoviç,  T. Vaal,  V. Belix  də var. Tom  de  Vaal  öz  repartajında  deyirdi  ki;

« Ağdamda nəinki  Xocalı sakinlərini xilas etməyə, hətta Xankəndini belə tutmağa qadir olan ordu var idi. Lakin Azərbaycan höküməti Azərbaycanda, azərbaycanlıları müdafiə etmədi. Mən hələ də bu suala cavab tapa bilmirəm ki, niyə hökümət öz vətəndaşlarını  müdafiə  etmədi ?! »

         Rusiyalı jurnalistin bu sualının cavabını tapmaq üçün, hamılıqla tariximizə nəzər salıb düşünməli və Azərbaycan xalqınınn mənəviyyatının, ləyaqətinin, ruhunun təhqir olunduğu Xocalı soyqırımından ibrət dərsi almalı, ümummilli maraqları şəxsi maraqlara dəyişməməyi anlamalı, milli varlığımızı qorumağın yollarını və qorumağı öyrənməliyik …

Ağdam rayon 95 saylı köçkün
tam orta
məktəbin Tarix müəllimi
Kərim Novruzov     

Bashlibel.az

Translate »