BMU-nun Mühəndislik fakültəsinin və universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə bayram tədbiri baş tutub. Tədbirə Mühəndislik fakültəsində təhsil alan əcnəbi tələbələr qatılıblar.
Fakültənin dekanı Hüseyn Mirzəyev, BMU THİK-in sədri Ləman Şərifova bayram toplantısında milli-mənəvi dəyərlərimizin zənginliyini təcəssüm etdirən, eyni zamanda birlik, mehribanlıq, qardaşlıq rəmzi kimi qəbul olunan Novruz bayramı barədə informasiyaları əcnəbi tələbələrlə bölüşüblər.
Tədbirdə tələbələrə Novruz təamları təqdim olunub.
Bayram şənliyi tələbələrin ifasında milli rəqslər və musiqi ifaları ilə davam edib.
Bashlibel.az