• Bz. İyn 23rd, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Bu cərimələr 5 dəfədən çox artırılır

İyn 6, 2023

Loading

Avtomobil yollarının saxlanılması və qorunması qaydalarının pozulmasına görə cərimələr 5 dəfədən çox artırılır.

Bashlibel.az Musavat.com-a istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin hazırkı variantında qeyd edilib ki, avtomobil yollarının saxlanılması, qorunması və abadlaşdırılması qaydalarının pozulmasına, yaxud avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə vəzifəli şəxslər 100 manatdan 150 manatadək məbləğdə, hüquqi şəxslər 1 000 manatdan 2 000 manatadək məbləğdə cərimə edilir.

Dəyişikliklə isə avtomobil yollarının saxlanılması, qorunması və abadlaşdırılması qaydalarının pozulmasına, yaxud avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə vəzifəli şəxslər 500 manatdan 800 manatadək məbləğdə, hüquqi şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə cərimə olunacaq.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »