Múharibə dõvrú görməyən uşaqlar necə böyüyür bilmirəm…Xəyallarí, istəkləri, arzularī, planları necə olur bilmirəm… Çünki mənim bəxtimə “múharibə uşağı” olmaq yazíldı… Sumqayıt hadisələri mənim gözümün õnündə baş vermişdi…
Deyirlər uşaqlar hər şeydən xəbərsiz böyúyúr, yalan sõzdúr…
Xatırlayıram ki, elə o vaxtlarda mən öz dünyamda bir General obrazı yaratmışdım. Adını qoymamışdım, amma yadımdadır ki, hamıdan güclüydü mənim “Generalım”… Qorxmaz, igid, mərd, cəsarətli…
Hər yaşadíğımíz faciədə, bu faciələrin ildõümlərində mən o “Generalī” arzulayırdım… “Harda qalmísan gəl də, õlúrük axí biz”…
O gün çox gec gəldi, çox gec… O qədər gec ki, mən artıq vətəndə deyildim…
O gúnə qədər də tanídíğım, bildiyim bütün generallar məndə ancaq nifrət oyada bilmişdi…
General-mayor Polad Həşimovun şəhid olmasí xəbəri isə bizi çox pis yíxmíşdí…
Hikmət Mirzəyev… Mən bu adı ilk dəfə Vətən múharibəsində esitdim…
Ve…araşdırmağa başladım… Kim idi Hikmət Mirzəyev… ?!?!
Adínın çəkilməsini istəməyən bir əsgəri daníşır: “Çox sərt və qəddar gõrünúr. Lakin bir o qədər də istiqanlí insandır. O, qorxu nədir, bilmir, tanımīr. Döyúşdə mərmilər yağış kimi səpələnirdi. Bir tərəfdən də snayper nişan alırdí. Başımızí qaldıra bilmirdik. Amma o uzaqdan bizi gõrdú, ayaq üstə yeriyə-yeriyə yanīmıza gəldi. Bir az söhbət elədi ki, kefimiz açılsın. Sonra da eynilə mərmi yağışının içində durdu, getdi. Hətta bizimkilərdən biri qalxıb onu snayper atəşindən qorumaq üçün yanına getmək istədi. General dedi ki, siz özünüzü qoruyun. Məndən nigaran qalmayın. Ümumiyyətlə çox mərd və cəsarətli adamdır. Öz şəxsi heyətini, XTQ mənsublarını kiməsə əzdirməz. Bir də nəsə problemimiz olanda, başqaları kimi incitmək əvəzinə arxamızda durur. Məsələ həll olunana kimi bizdən əl çəkmir”.
Onunla 17 il bərabər xidmət edən Yaşar Qarayev deyir:”2007-ci ildə General õn cəbhədə səngərə girəndə gizir məruzə edərək gõzü doldu.
General soruşdu: niyə ağlayırsan?
Gizir dedi: birinci dəfədir xidmətim ərzində posta General gəlir. Ən böyúk rútbə Mayor, o da, nəsə hadisə olanda gəlir…
General giziri qucaqlayíb, alnından õpdü”…
Cənab General, sən bizim təkcə illərlə yolunu gõzlədiyimiz Generalımız deyilsən! Həm də bu zəfər tarixini səninlə birgə yazan, bizə Zəfər yaşadan, qəhrəman şəhidlərimizi də, qazilərimizi də, doyüşçüləri də yetişdirən Sərkərdəmizsən!
İstər xidmətin dõvrúndə, istərsə də müharibənin ilk günündən kabinetdə deyil, əsgərinin yanında olan qəhrəman Generalımízsan!
XTQ kimi bir ordu formalaşdıríb, onu min bir əziyyətlə qoruyub ayaqda tutmaq hər igidin işi deyildi. Bunu sən bacardín!
Múharibədə nə qədər uğurlu əməliyyat və múkəmməl silah olsa da iş yenə əsgərdə, zabıtdə bitər, bu doğru. Amma, bu da faktdır ki, birinci Qarabağ savaşında o qəhrəman oğullara yenə sahib idik. Şirin Mirzəyev, Vəzir Orucov, Riad Əhmədov, Əliyar Əliyev, Allahverdi Bağırov, Ramiz Qəmbərov və s. Bu siyahını nə qədər desəz uzatmaq olar… Amma nə qədər sizin kimi generala sahib idik? Hansı generallarín ümidinə qalmışdı o boyda ordu, unutmadıq… Nəticə hamımıza bəllidir…
Sizi bizə verən Allah’a minnətdaram! Yaxşı ki varsíz, varımızsız! Var olun hər zaman qəhrəman Generalım mənim!
Doğum günún múbarək olsun, bu millətin başını ucaldan KİŞİ!
Uca ol həmişə!
Sizii sevirəm! Sizi sevirik! Sizi sevəcəyik!
Bashlibel.az