![]()
2025/2026-cı tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında Kəlbəcər rayonunun Başlıbel kəndindən olan gənclərdən də uğurlu nəticələr göstərərək tələbə adını qazananlar olub. Onları sizdə tanıyın:
| № | Soyadı, adı və atasının adı | Ali təhsil müəssisəsi | İxtisası |
| 1 | Həsənov Emil Eynur oğlu | Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) | Maliyyə |
| 2 | Məmmədov Sənan Vüqar oğlu | Mingəçevir Dövlət Universiteti | İnformasiya texnologiyaları |
| 3 | Əzizli Ramil Gündüz oğlu | Gəncə Dövlət Universiteti | Tarix müəllimliyi |
| 4 | Mirzəli Elnur Teymur oğlu | ADA Universiteti | İnformasiya texnologiyaları (tədris ingilis dilində) |
| 5 | Həsənli Könül Əliyar qızı | Qarabağ Universiteti | Kimya müəllimliyi |
| 6 | Qədimova Aysu Elxan qızı | Sumqayıt Dövlət Universiteti | Ekologiya |
| 7 | Şahbəndəli Aydan Tacəddin qızı | Bakı Dövlət Universiteti | Riyaziyyat (tədris ingilis dilində) |
Doğma Başlıbelin ziyalı ənənələrini davam etdirən gənclərimiz qazandıqları bu uğurla həm ailələrinin, həm də bütün kənd camaatının başını uca ediblər. Əminik ki, onlar seçdikləri ixtisaslar üzrə peşəkar mütəxəssis kimi yetişəcək, azad olunmuş torpaqlarımızın, o cümlədən Kəlbəcərin və Başlıbelin bərpasında və inkişafında öz bilik və bacarıqları ilə yaxından iştirak edəcəklər.
”Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin İdarə Heyəti və Bashlibel.az kollektivi adından bütün gənclərimizi, onların valideynlərini və müəllimlərini təbrik edir, tələbələrimizə təhsil illərində böyük uğurlar arzulayırıq!
Bashlibel.az