![]()
Şuşalı Tar Ustası Qurban Verdiyevin Ev və Emalatxana Şəraitinə Dəstək Lazımdır!
Şuşa şəhərindən olan, 54 ildir öz ömrünü milli musiqi alətlərimizin — xüsusən tarın hazırlanmasına və bərpasına həsr edən tanınmış sənətkarımız Qurban Verdiyev bu gün çox ağır və acınacaqlı şəraitdə yaşayır və fəaliyyət göstərir.
İllərdir milli mədəniyyətimizin, musiqi irsimizin incilərini öz əl əməyi, göz nuru ilə yaşadan usta Qurban müəllimin çalışdığı emalatxana və yaşadığı ev yararsız haldadır. Tavanı uçub-tökülən, rütubətli və təmirsiz bu məkanda milli alətlərin istehsalını davam etdirmək demək olar ki, qeyri-mümkündür. Sənətkar məcburiyyət qarşısında qalsa da, bütün çətinliklərə baxmayaraq tara, saz və digər musiqi alətlərinə can verməkdən vaz keçmir.
Dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, bu günə qədər usta Qurbanın məskunlaşma və emalatxana şəraitinin yaxşılaşdırılması üçün konkret addım atılmayıb. Əsrlərin sənət ənənəsini yaşadan bir sənətkarın belə şəraitdə təkbaşına mübarizə aparması həm bir insani ağrı, həm də milli mədəni irsimizə qarşı böyük bir itkidir.
Səsə səs verək!
Aidiyyəti dövlət qurumlarını, Mədəniyyət Nazirliyini, imkanlı iş adamlarını, xeyriyyəçiləri və mədəniyyətimizə dəyər verən hər bir kəsi Qurban Verdiyevə dəstək olmağa çağırırıq:
Sənətkarın yaşayış və çalışma şəraitinin bərpası/təmiri üçün yardım göstərilməsinə;
Onun hazırladığı el sənəti nümunələrinin layiqincə qiymətləndirilməsinə və emalatxanasının saxlanılmasına dəstək olaq.
Bir milli sənətkarın əməyinə sahib çıxmaq — milli ruhumuza və təbii irsimizə sahib çıxmaqdır.
#QurbanVerdiyev #MilliMədəniyyət #TarUstası #Şuşa #Mədəniİrs #Xeyriyyə #SənətkarəDəstək #AzərbaycanMədəniyyəti


Bashlibel.az