• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Bu gün Qubadlı günüdür

Okt 25, 2023

Loading

Bu gün Qubadlı şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin üçüncü ildönümüdür. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı və 44 gün davam edən əks-hücum əməliyyatlarının 29-cu günü, oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edilib.

Ermənistan ordusu Qubadlıda xeyli canlı qüvvə və texnika itirdi. Qubadlının azad olunması ilə Azərbaycan Ordusunun Laçın rayonuna yolu açıldı, Silahlı Qüvvələrimiz Laçın dəhlizi istiqamətində irəliləməyə başladılar. Biz Azərbaycan vətəndaşı olaraq əsrlər boyu həsrət qaldığımız qələbələri bizə yaşadan Ali Baş Komandan, böyük sərkərdə cənab İlham Əliyevə borcluyuq.
Vətən uğrunda canını qurban vermiş şəhidlərimizin ruhu qarşısında baş əyirik. Artıq 30 ildən çoxdur əzablı, məşəqqətli məcburi köçkünlük həyatı yaşayan insanlarımız öz doğma yurd yerlərinə qayıdıb yaşayacaqlar. Azərbaycanın həmin guşələri yenidən dirçələcək, yurd yerlərimiz, işğaldan azad olunmuş ərazilərimiz yenidən qaynar həyatına dönəcək.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »