• Bz. Apr 28th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

“Bu kəndlərdən sonra Zəngəzur təhvil veriləcək” – Erməni polkovnik

Mar 22, 2024

Loading

“Hazırda Tavuşda baş verənləri Zəngəzur dəhlizinin açılışı üçün müqədddimə adlandırmaq olar”.

Bu barədə erməni hərbi ekspert, ehtiyatda olan polkovnik Hayk Nahapetyan deyib.

Onun sözlərinə görə, kəndlərin təhvil verilməsindən sonra Azərbaycan Zəngəzur dəhlizinin açılışı istiqamətində hərəkətə keçəcək.

“Paşinyan da bildirəcək ki, dəhlizi verməsək, müharibə olacaq. Beləliklə, Sünik (Zəngəzur) də Azərbaycanın nəzarətinə keçəcək”, – o bildirib.

Erməni polkovnik qeyd edib ki, 4 kəndin qaytarılması ilə Ermənistanın şimal bölgəsindəki əsas infastruktur və yollar da Azərbaycanın nəzarətinə keçəcək.

Bashlibel.az

Translate »